Məhkəmə qərarları › İş №3(011)-1542/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1542/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1542/2023 01.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər X6 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsindən daxil olmuş 25 mart 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 02:00 radələrində «Toyota Prius minik» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhər X6 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə müraciət edərək təmsil etdiyi səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə olan çatışmamazlıqların aradan qaldırılması üçün 25 mart 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola mahiyyəti üzrə baxılmadan ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru, polis sıravisi X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 25 mart 2023cü il tarixli İXP seriyalı ******* saylı protokolun məhkəməyə göndərilməsinə dair xx.xx.2023-cü il tarixli 44-7/2-6775 saylı müşayiət məktubunda qoşma kimi tibbi müayinə protokolunun əlavə edilməsi göstərilsə də, inzibati xəta haqqında protokola əlavə olunmuş digər sənədlər arasında tibbi müayinə protokolu aşkar edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan hallar təqdim edilmiş materialların natamam olmasına və işə baxılarkən tamamlamağın mümkün olmamasına dəlalət edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, Bakı şəhər X6 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş sənədlərin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair xahişini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsindən daxil olmuş 25 mart 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar