Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1543/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X5 Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 08 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X3 sorğusuna əsasən mülkiyyətində olan «Skoda Rapid minik» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X4 verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:52-də Şəxs MMC-nin mülkiyyətində olan “SKODA RAPİD MİNİK” markalı, 90PH866 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 28 noyabr 2024-cü il tarixli 499 Nömrəli Qərarına əsasən 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilmişdir. Müvafiq xəta da 29 dekabrda törədilmişdir. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən 2024-cü il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2025-ci il 1 və 2 yanvar tarixləri iş günü hesab olunmayan bayram günləridir. 5 günlük iş həftəsində işləyənlər üçün 4 və 5 yanvar 2025-ci il tarixləri istirahət günləri olmuşdur. Beləliklə, 30 dekabr 2024-cü il tarixindən 6 yanvar 2025-ci il tarixinə qədər qeyri-iş günləri olduğundan sorğunun həmin tarixlərdə cavablandırılması faktiki olaraq mümkün deyil. Eyni zamanda müvafiq sorğu rəsmi qaydada onlara təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş xəbərnamədə müvafiq sorğuya dair məktubun 3 yanvar 2025-ci il tarixində “ABBASOV” adlı şəxs tərəfindən təhvil alındığı görünür. Bu tarixdə fəaliyyət göstərmədikləri üçün məktubun tərəflərindən təhvil alınması faktiki olaraq qeyri-mümkündür. Məktubun hansı ünvana çatdırıldığı, kim tərəfindən təhvil alındığı şübhəlidir. Müvafiq xəbərnamə etibarlı sübut kimi qəbul olunmamalıdır. 6 yanvar 2025-ci il tarixindən iş günləri başlamışdır. Müvafiq sorğunu rəsmi qaydada almamaqlarına baxmayaraq, həmin sorğu xx.xx.2025-ci il tarixində portal.com.az elektron saytında tərəflərindən aşkar olunan kimi dərhal cavablandırılmış, 5 gün müddət ötürülməmişdir. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan «Skoda Rapid minik» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:52-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən «Skoda Rapid minik» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətindən xahiş olunmuşdur; SX044678189AZ saylı xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubu xx.xx.2025-ci il tarixdə xəbərnaməyə «Abbasov» soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 İnzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 08 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 sorğusuna əsasən mülkiyyətində olan «Skoda Rapid minik» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X4 verməmişdir; Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş müəssisədə çalışan işçilər barədə arayışdan görünür ki, «Abbasov» soyadlı şəxs Şəxs QSC-nin işçisi deyildir və şirkətlə heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubunun xx.xx.2025-ci il tarixdə «Abbasov» soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilməsi göstərilsədə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş arayışa əsasən QSC-də çalışan işçilərin arasında «Abbasov» soyadlı şəxsin işləməsi müəyyən olunmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli orqanın sorğu məktubunu qəbul etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1543/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1543/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver