Məhkəmə qərarları › İş №3(011)-1546/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1546/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1546/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon DYPŞ Yol Patrul Xidməti inspektoru onu saxlayaraq avtomaşınında konstruksiya dəyişikliyinin olması barədə bildirdi. O, avtomaşında hər hansı bir konstruksiya dəyişikliyinin harda olmasının izahını tələb etdikdə inspektor ona bildirdi ki, işıqlar qanunla qadağan edilmişdir. İnspektora bildirəndə ki, avtomaşının işıqları zavod istehsalıdır, sadəcə olaraq lampalar sarı deyil, ağ rəngdədir, sonuncu buna əhəmiyyət verməyərək onun nəqliyyat vasitəsinin duracağa aparılacağını bildirmişdir. O, avtomobilində heç bir konstruksiya dəyişikliyinin olmadığını izah etməyə çalışmış və əlavə olaraq həyat yoldaşını işə çatdırmalı, özü isə işə gecikdiyini vurğulayaraq yoluna davam elməyinə icazə verməsini bir neçə dəfə xahiş etmiş, lakin avtoinspektor maşınına əyləşərək kobudcasına rollarla nəqliyyat vasitəsinin cərimə meydançasına aparılacağını demişdir. Avtomobilin cərimə meydançasına aparılaraq Bakı Baş X6nə yaxınlaşmalı olduğu demişdir. Bakı Baş X6nə getmiş və 5-ci kabinetdə cəriməni yazmalarını və avtomobili cərimə meydançasından çıxarmaq üçün sənəd vermələrini xahiş etmişdir. Onu da qeyd edir ki, maşınında ağ lampaları san lampalar ilə əvəz etmişdir. Bütün tələblər yerinə yetildiyinə baxmayaraq onun barəsində nə protokol tərtib olunmuşdur, nədə ki avtomobilinin cərimə meydançasına aparılması haqqında akt, halbuki protokol və akt elə yerindəcə tərtib olunmalı idi. Bakı Baş X6 idarəsində protokolun və aktın polis inspektoru tərəfindən tərtib olunmadığı üçün avtomobili cərimə meydançasından çıxara bilməyəcəyini bildirmişdirlər.. Get-gələ düşəndən sonra yalnız axşam saat 18:00-dan sonra ona protokol yazılmış və avtomobilini cərimə meydançasından çıxara bilməsi üçün qəbz verilmişdir. Avtomobilində heç bir konstruksiya və ya nəqliyyat vasitəsinin istismarı üzrə ön fara və ya duman əlehinə faralarda heç bir konstruksiya dəyişikliyi olmamışdır. Duman əleyhinə faralar isə tam standartlara cavab verən lampalarla təchiz olunmuşdur, fərq təkcə işıq rənginin ağ olmasıdır. Əlavə olaraq nəqliyyat vasitənin heç bir əsas olmadan 11 saatdan çox saxlanılaraq cərimə meydançasına aparılması, zaman itirməsinə və iş yerində tənbeh olunması ilə nəticələnmişdir. Daha sonra isə qərarın ləğv edilməsi ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-1546/2023 nömrəli qərarı ilə şikayəti təmin olunmamışdır. Həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(103)-1198/2023 nömrəli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-1546/2023 nömrəli qərarı ləğv edilmiş və işə baxılması üçün yenidən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 25 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X6 İdarəsi-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Kia Sportage” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində hərəkətdə olarkən “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi səbəbindən İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Kia Sportage” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində hərəkətdə olarkən “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi səbəbindən İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətçinin şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar