Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1547/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, hazırda heç bir yerdə işləməyən, ünvan 1 mənail 76 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixində qonşusu X2 mənzilə su axması səbəbi ilə yaranmış mübahisə zamanı əli ilə itələmiş bu zaman Laləzar Əliquliyeva sağ qolundan xəsarət almışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elbrus Məmmədov tərəfindən xx xxxxxx 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Emin Qəhrəmanov tərəfindən xx xxxxx 2021-ci il tarixdə, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə binanın həyətində olan zaman Laləzar Əliquliyeva eyvana çıxaraq ona qarşı yüksək səs tonu ilə təhqir eləməyə başlamış, o, Laləzarın təhqiramiz sözlərinə fikir verməsə də, sonuncu onu təhqir etməyə davam edərək onun vəfat etmiş valideynlərini təhqir etməyə başlamışdır. Bu səbəbdan onu nədən təhqir etməyini öyrənmək üçün Laləzarın yaşadığı ünvana qalxmış, sonuncuya nəyə görə vəfat etmiş valideynlərini təhqir etməyini soruşmuş, sonuncu yaxşı elədiyini demiş, o, buna əhəmiyyət verməyərək çıxıb getmişdir. O, aralarında yaranmış mübahisəyə görə, Laləzar Əliquliyevanın onun qonşusu olmasını və yaşlı qadın olmasını nəzərə alıb üzr istəsə də, bu hadisədə özünü təqsirli bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə üst qonşudan onun mənzilinə su axması səbəbindən Şəxs iradını bildirmiş, bu zaman sonuncu onu söyüb-təhqir etmiş, əli ilə itələmiş, bu zaman onu sağ qolu divara dəymiş, o, xəsarət almışdır. O, Şəxsnı bağışlamır və məhkəmədən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 X6 xx xxxxxx 2021-ci il tarixli, 1318 saylı ekspert rəyindən görünür ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər – sağ mil-bilək oynağı nahiyəsinin arxa səthinin sıyrığı və qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmiş, müddəti qərarda göstərilmiş xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Beləliklə, Şəxs inzibati xətanı törətdikdə təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs ailəli olduğunu məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati tənbeh cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1547/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1547/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver