Məhkəmə qərarları › İş №3(011)-155/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-155/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-155/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X7 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Zəngilan rayonu, Həkəri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Zəngilan rayonu, Həkəri kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2023-cü il tarixində, saat 15 radələrində Bakı şəhəri, Neft Emalı obyektlərinin mühafizəsi idarəsinə məxsus ünvan 1 ünvanında yerləşən mühafizə postundan 50 manat dəyərində kondiseneri talamışdır. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X9 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 17 yanvar 2023-cü il tarixli MN1579772 saylı protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, özü 1 ildən çoxdur ki, küçələrdən dəmir yığaraq aparıb dəmir sexlərinə satıb pul qazanır. xx.xx.2023- cü il tarixdə saat 12:00 radələrində Xətai rayonu, Kǝnd Əhmədli qəsəbəsi. Ş.Səmədov küçəsində yerləşən köhnə işlək vəziyyətdə olmayan, neft emali sexinin ərazisinə daxil olmuş və orada yerləşən köşk görmüşdür. Həmin vaxt köşkün qapısı açıq vəziyyətdə olmuş və hər tərəfi zibillik olmuşdur. O, köşkün qapısının açıq olduğunu görmüş, köşkün içərisinə girmiş və içəridən 1 ədəd köhnə Rusiya istehsalı olan kondisioneri divardan söküb çıxarmışdır. O həmin neft emali sexindən başqa heç bir dəmir əşyaları və digər əşyalar götürməmişdir.Köşkdən götürdüyü 1 ədəd köhnə kondisioneri idarə etdiyi VAZ 24 markalı, **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib oradan aparmışdır. O, həmin kondisioneri əvvəllər tanıdığı və bir neçə dəmir əşyaları satdığı İntiqam və Rəşad adlı şəxslərin işlətdikləri dəmir qəbulu sexinə 50 manata satmışdır. Həmin günü axşam saat 19:00 radələrində 2 nəfər polis əməkdaşları kənd Əhmədli qəsəbəsində ona yaxınlaşaraq onlara məxsus olan mühafizə postunun köşkündən kondisioner oğurladığını bildirmişlər və onu 34-cü PŞ-nə dəvət etmişlər. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 bildirmişdir ki, 2001-ci il tarixdən DİO-da çalışır və həmin tarixdən, Bakı şəhəri, Neft emali obyektlərinin mühafizəsi idarəsində polis nəfəri, polis serjantı vəzifəsində çalışır. ünvan 2 ünvanında yerləşən köhnə vəziyyətdə, hazırda işlək vəziyyətdə olmayan Neft emali sexində 50-52 saylı mühafizə postu yerləşir və həmin postda xidmət aparır. xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində posta gələn zaman, postun qapının açıq vəziyyətdə olduğunu, içəri daxil olan zaman 1 ədəd köhnə işlənmiş vəziyyətdə olan "Beko" markalı kondisionerin oğurlandığını aşkar etmişdir. O bu barədə komandir heyyətinə məlumat vermiş və post yoldaşı X2 zəng vuraraq bu barədə bildirmişdir. Onlar ikisi birlikdə yaxınlıqda yerləşən videomüşahidə cihazı vasitəsi ilə qeydə alınmış, videogörüntülərə baxan zaman, postdan kondisioner oğurlayan şəxsin izinə düşmüş və həmin şəxsi Xətai rayonu, kənd Əhmədli qəsəbəsi ərazisində aşkar etmiş və həmin şəxsi Xətai RPİ-nin 34-cü PSna gətirib təhvil vermişlər. 34-cü PŞ-də məlum olmuşdur ki, həmin şəxs Şəxs Rafail oğlu adlı şəxsdir. Vurulmuş ziyan ödənilmədiyindən Şəxs ilə barışmamış, şikayətçidir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 34-cı PŞ-nin sahə inspektoru, polis mayoru X9 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 17 yanvar 2023-cü il tarixli protokol tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X9 tərəfindən tərtib edilmiş 17 yanvar 2023-ci il tarixli MN1579772 saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 15 radələrində Bakı şəhəri, Neft Emalı obyektlərinin mühafizəsi idarəsinə məxsus ünvan 1 ünvanında yerləşən mühafizə postundan 50 manat dəyərində kondiseneri talamışdır; xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, X5 xx.xx.2023-cü il tarixində, 23:00 dəqiqədə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran hal kimi bir il ərzində eyni məzmunlu inzibati xəta törətməini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar