Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1555/2020 23.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin xx xxxx 2020-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə xidmətində tağım komandiri vəzifəsində işləyən sürücü X4 idarə etdiyi «Chevrolet Cruze» minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Zığ dairəsindən şəhər istiqamətində hərəkətdə olarkən yolun əks istiqamətindən hərəkətdə olub, Zığ yolundan Sadıqcan küçəsinə dönmə əməliyyatı edən Şəxs idarə etdiyi «Renault Meqane 3» minik markalı, RO- 61-C Alman dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Chevrolet Cruze » minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü X4 və sərnişinləri X5, X7 eyni zamanda «Renault Meqane 3» minik markalı, RO- 61-C Alman dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs müxtəlif bədən xəsarətləri almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, inzibati işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MTE və PA ETT birliyinin Xətai rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 677 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın alın nahiyyəsinin sol yan səthinin və sol gicgah nahiyyəsinin, sol mil-bilək oynağı nahiyyəsinin qançırları, sol diz oynağı nahiyyəsinin yumşaq toxumasının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; MTE və PA ETT birliyinin Xətai rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 678 saylı rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gicgah nahiyyəsinin, sol kürəkaltı nahiyyəsinin, sağ topuğun iç səthinin sıyrıqları və sol kürək hahiyyəsinin, sol saidin, hər iki qalça nahiyyəsinin, hər iki baldırın qanşırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir; MTE və PA ETT birliyinin Xətai rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 679 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın sol gicgah nahiyyəsinin, sağ dirsək oynağı nahiyyəsinin ön səthinin səthi əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir; MTE və PA ETT birliyinin Xətai rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 686 saylı rəyindən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın alın nahiyyəsinin sağ yan səthinin əzilmiş yarası, sağ cəna şaxəsinin, sağ qalca darağı nahiyyəsinin və bel-oma nahiyyəsinin qanşırları, sağ diz oynağı nahiyyəsinin ön səthinin və sağ baldırın sıyrıqları xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; Bakı şəhər Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir; xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyyətli orqan tərəfindən Şəxs törətdiyi əməldə İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarın ləğv olunub materialın əlavə yoxlamaya qaytarılması barədə Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanovun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X6 və qeyrilərinin xəsarət alması ilə nəticələnən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə dair RPİ-nin TŞ-də toplanmış 452/20 nömrəli ilkin yoxlama materialı üzrə şöbənin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün RPİ-nin TŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə Şəxs əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olması əsası ilə onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanovun xx.xx.2020-ci il tarixli qərarı ilə X6 və qeyrilərinin xəsarət alması ilə nəticələnən xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinə dair RPİ-nin TŞ-də toplanmış 452/20 nömrəli ilkin yoxlama materialı üzrə şöbənin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün RPİ-nin TŞ-nə göndərilmişdir. Məhkəmə, fakt üzrə cinayət işi başlamaq haqqında qərarın olmasını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1555/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1555/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver