Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1558/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı 20707220 saylı, 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş EQ seriyalı 20707220 saylı qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində idarə etdiyi **- SU-*** dövlət nişanlı “Kia” markalı avtomobili Ziya Bündayov prospektində vergilər idarəsi qarşısında avtomobil xarab olduğuna görə park etmişdir. Avtomobili işə salmaq üçün müəyyən tədbirlər görmək üçün avtomobildən uzaqlaşmalı olmuş və bu vaxt ərzində İXMnin 346.1-ci maddəsi ilə cərimələnmə barəsində xəbər almışdır. Protokol araşdırılmadan tərtib olunmuşdur və ləğv olunmalıdır. Məhkəmə iclasında X3 Arif oğlu bildirmişdir ki, həmin tarixdə onun idarə etdiyi nəqliyyat vasitəsində olan texniki nasazlıqlara görə məcbur qalıb avtomobili dayandırmışdır. O, nəqliyyat vasitəsini həmin ərazidən çəkmək üçün telefon vasitəsilə kömək istəmiş və həmin danışıqların olduğu səs yazısı da mövcuddur. Lakin nəqliyyat vasitəsinin ondan asılı olmayan səbəblərdən dayandırılması nəzərə alınmadan barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki o, göstərilənlərə əsasən şikayət ərizəsinin təmin olunmasını, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ seriyalı 20707220 saylı, 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024cü il tarixdə, saat 14:04-də “Kia Picanto minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 (iyirmi) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 məhkəməyə təqdim etdiyi fotoşəkillərə və səs yazısına baxış keçirdikdə müəyyən olmuşdur ki, şikayətçi nəqliyyat vasitəsinin xarab olması və həmin ərazidən çəkilməsi barədə telefon vasitəsilə digər şəxsə məlumat verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 14:04-də “Kia Picanto minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozması göstərilmiş və ona 20 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 22 aprel 2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X3 Arif oğlu izahatında bildirmişdir ki, həmin tarixdə onun idarə etdiyi nəqliyyat vasitəsində olan texniki nasazlıqlara görə məcbur qalıb avtomobili dayandırmışdır. O, nəqliyyat vasitəsini həmin ərazidən çəkmək üçün telefon vasitəsilə kömək istəmiş və həmin danışıqların olduğu səs yazısı da mövcuddur. Lakin nəqliyyat vasitəsinin ondan asılı olmayan səbəblərdən dayandırılması nəzərə alınmadan barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki o, şikayət ərizəsinin təmin olunmasını, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin şikayətçinin qeyd etdiyi xüsusatlar araşdırılmadan, X2 inzibati icraat zamanı iştirakı təmin edilmədən, izahatı alınmadan barəsində əsassız olaraq qəbul edilmiş EQ seriyalı 20707220 saylı, 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində EQ seriyalı 20707220 saylı, 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin EQ seriyalı 20707220 saylı, 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsinin EQ seriyalı 20707220 saylı, 22 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1558/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1558/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver