Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1560/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Şikayətçinin vəkili Nümayəndə iştirakı ilə, X1 Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli X10 haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X1 vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BDYPİ YHP inspektoru polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş İXP ******* saylı X10 Haqqında protokol və TP ******* saylı saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan X4 ilə hüquqi xidmətin göstərilməsinə dair xx.xx.2024-cü il tarixdə müqavilə bağlanılmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli etibarnamə üzrə Asif İskəndərovun nümayəndəsidir. X7 sığorta hadisəsi üzrə zərərvuran şəxs kimi tanınmış və ona bu barədə sığorta şirkətindən məlumat verilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, onun barəsində Bakı şəhəri DYPİ tərəfindən inzibati qaydada protokol və qərar tərtib edilmiş, lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Asif İskəndərov məsələyə aydınlıq gətirilməsi üçün müvafiq qaydada xx.xx.2024-cü il tarixdə Bakı şəhər DYPİ getmiş və orada olarkən onun barəsində xx.xx.2024-cü il tarixli protokol və qərarın olması bilmişdir. Asif İskəndərov xx.xx.2024-cü il tarixli protokol və qərarla xx.xx.2024-cü il tarixdə ilk dəfə olaraq tanış olmuşdur. Vəkilə müraciət zamanı o, protokol və qərarın əsassız olduğunu, ləğv edilməsi üçün növbəti prosessual hərəkətlərin edilməsi istiqamətində lazımı tədbir görülməsi istəyini bildirmişdir. Odur ki, hüquqlarını təmsil etdiyi şəxs onun barəsində tərtib edilən protokol və qərarla razı deyil, müvafiq araşdırıma aparılması və onların ləğv edilməsini tələb edir. Belə ki, Bakı şəhər BDYPİ YHP inspektoru polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda və TP ******* saylı qərara əsasən guya X3 idarəetməsində olan “Hyundai i30” minik markalı avtomobil ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olarkən İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər BDYPİ YHP inspektoru polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı qərarla razı deyil, hadisənin videogörüntüsünə baxılmaqla yenidən araşdırılması, protokol, qərarın ləğv edilməklə yeni qərar qəbul edilməsini xahiş edir. Həmçinin məhkəmə tərəfindən araşdırma aparılarkən sözü gedən videogörüntünün təqdim olunmasını da xahiş edir. Daha sonra şikayətçinin vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər BDYPİ YHP inspektoru polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş TP ******* saylı saylı qərarının ləğv edilməsi və təkrar araşdırılma üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin vəkili şikayəti müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BDYPİ YHP inspektoru polis baş leytenantı X5 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı X10 haqqında protokolun surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə “Hyundai i30” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli X10 haqqında qərarla X4 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli X10 haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X3 barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli X10 haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli X10 haqqında qərarı ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova Sədrlik edən işdə iştirak edən şəxslərin izahatını dinləyir. X2oğlu oğlunun izahatı: - ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş X10 haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sual daxil olmadı. Şahid: Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçılarına söz verir. X10 haqqında qərardan şikayət vermiş şəxs: - Hörmətli hakim! Göstərilənlərin nəzərə alınaraq barəmdə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli X10 haqqında qərarın ləğv edilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən əlavələrinin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 16:45-də bağlı elan olunur. Protokol 16 fevral 2024-cü il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib
Məhkəmə qərarları › İş №3(011)-1560/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1560/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver