Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1562/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə "xxxx" MMC-nin sabiq direktoru X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 03 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə müraciət edərək, X10 Xidmətinin Bakı şəhər İdarəsinin 03 fevral 2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X10 Xidmətinin Bakı şəhər İdarəsinin 03 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar şikayətçiyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada 14 fevral 2025-ci il tarixində təqdim edilmişdir. Həmin qərar qanunvericilik normalarının kobud surətdə pozulması şəraitində çıxarılmışdır. Belə ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən işin faktiki halları tam olaraq araşdırılmamışdır. Elektron sistemdə problem yarandığından X9 ilə "xxxx" MMC arasında əmək müqaviləsinin xx.xx.2024-cii il tarixində imzalanması mümkün olmamışdır. Elektron sistemdə yaranmış problem aradan qalxdıqdan sonra xx.xx.2024-cü il tarixində həmin müqavilənin imzalanması mümkün olmuşdur. xx.xx.2024-cü il tarixinədək X9 ’’Təhsil TV" MMC-də hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Bu faktı X9 özü, həmçinin həmin vaxt “Təhsil TV" MMC-də çalışmış digər əməkdaşlar da təsdiq edə bilərlər. X10 Xidmətinin Bakı şəhər İdarəsinin 03 fevral 2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı qanunvericilik normalarının kobud surətdə pozulması şəraitində qəbul edildiyindən, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, elektron sistemdə problem olduğu üçün X9 ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə yox, xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Lakin həmin tarixədək X9 işlərin görülməsinə cəlb edilməmiş, amma ona əmək haqqı ödənilmişdir. Bu faktı X9 özü də təsdiq edə bilər, lakin hazırda onun şahid kimi iştirakını təmin edə bilmir. X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli 03 fevral 2025-ci il tarixdə qəbul etdiyi qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 izahatında göstərmişdir ki, sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan X10 Xidməti Bakı şəhər idarəsinin 03 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, "xxxx" MMC-nin sabiq direktoru X8 tərəfindən AR Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək rejissor vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu səbəbdən X6 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə təyin edilmişdir. Məhkəmə, şikayət ərizəsini, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X1 şikayətində göstərdiyi xüsusat, X4 işlərin görülməsinə cəlb edilməməsi onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, X3 vəkili verdiyi izahatda X7 xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasında əmək haqqının ödənildiyini bildirmişdir. Eyni zamanda vəkil elektron ssitemdə yaranmış texniki nasazlıq səbəbindən 9 gün ərzində əmək müqaviləsi bildirişinin imzalanmasının qeyri-mümkün olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə, X4 "xxxx" MMC-nin sabiq direktoru X8 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi öz təsdiqini tapmışdır. X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qanunamüvafiq qaydada araşdırma aparılmış və qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X10 Xidməti Bakı şəhər idarəsinin 03 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 03 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-1562/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1562/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver