Məhkəmə qərarları › İş №3(011)-1563/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1563/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1563/2023 02.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 03 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 izahatında bildirdi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin 3-cü ərazi İdarəsinin inspektoru baş leytenant İlkin Məmmədov aptekə xx.xx.2023-cü il tarixində baxış keçirsə də, inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Bu qanun pozuntusu ilə qoşmaya əlavə edilən "video" vasitəsilə tanış olmaq mümkündür. Belə ki, aptekin daxilində quraşdırılmış video müşahidə kamerasının qeydlərinə əsasən tarix xx.xx.2023-cü il saat 13:24-ü əks etdirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati xəta haqqında qanunvericiliyin tələblərindən görünür ki, hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda protokol 2 (iki) günə tərtib edilə bilər, lakin bu hal nəzərə alınsa belə inspektoru baş leytenant İlkin Məmmədov tərəfindən prosessual müddət ötürülmüş, protokol 4 (dörd) gün sonra tərtib edilmişdir. Müvafiq qurumun inspektoru baş leytenant İlkin Məmmədov xx.xx.2023-cü il tarixdə aptekə baxış keçirdiyi zaman sənədləri tələb etdikdə aptekdə fəaliyyət göstərən şəxslər sənədlərin surətini təqdim etmiş, lakin həmin şəxs bununla qane olmamış və nəticə etibarı ilə sənədlərin əslini tələb etmişdir. Bu zaman tərəfimizdən aptekə təxminən 40 dəqiqə ərzində sanədlərin əsillərinin göndərilməsi təmin edilmiş, lakin bu zaman inspektor apteki tərk etmişdir. Sözügedən bütün sənədlərin Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi X6 Xidməti 3-cü Ərazi X6 İdarəsinin əməkdaşlarına təqdim olunmasına baxmayaraq, heç bir əsas və sübut olmadan protokol tərtib etmişdirlər. Qoşmaya əlavə edilən müşahidə kamerasının videosunda da müvafiq sənədlərin inspektora təqdim olunması sübut olunur. AR FHN-nin müvafiq qurumunun 2092 №-li yanğın-texniki müayinə aktında inspektorlar qərəzli şəkildə özləri kompüter vasitəsi ilə "etirazım yoxdur" qeydini əlavə etmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatlanın inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 03 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə keçirilən YTM zamanı YTQ №01-2002 bəndi 10-4 ,6.5 tələblərinin pozulduğu müəyyən olunmuşdur. 03 aprel 2023-cü il tarixli, 2092 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, obyektin ilkin yanğın söndürmə vasitələri qanunun tələblərinə uyğun saxlanılmır, obyektin yanğın xəbər verici siqnalizasiya sisteminə baxış keçirilməyib və akt tərtib edilməyib, obyektin divarlarında məlumatverici lövhələri təmin edilməmişdir. 19 sentyabr 2022-ci il tarixli təhvil təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Şəxsnə QKT-6 kq. Tipli odsöndürən balonların keyfiyyətinin bərpası (təkrar dolum) xidməti göstərmişdir. 23 noyabr 2018-ci il, EL-481/2018 qeydiyyat nömrəli xüsusi lisenziyadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirini, yanğınsöndürmə ləvazimatının, ilin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpasını həyata keçirməyə icazə verilmişdir. 12 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə "xxxx" MMC əməkdaşları tərəfindən normlara uyğun olaraq yanğın xəbərverici-siqnalizasiya sisteminin quraşdırılması işləri həyata keçirilmiş və sistem tam işlək vəziyyətdədir. 06 aprel 2018-ci il, İN/L-315/2018 qeydiyyat nömrəli xüsusi lisenziyadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirini həyata keçirməyə icazə verilmişdir. Fotoşəkillərdən görünür ki, aptekdə yanğın təhlükəsizliyi ilə bağlı xəbərdarlıq nişanları və odsöndürən balonlar yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2693 qeydiyyat nömrəli, 31 may 2001-ci il tarixli Azərbaycan Respublikasında X1 əsasən: 9.1-ci maddəsinə əsasən yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir. TX və PET xüsusi təlim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. TX üzrə və ya qurğuların dayandırılması ilə (ayn-ayrı xətlərin, xəbərvericilərin) əlaqədar təmir işləri zamanı müəssisənin rəhbəri binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün lazımı tədbirlər görməlidirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2838 qeydiyyat nömrəli, 16 may 2002-ci il tarixli Ticarət və X5, Yarmarkalar, Baza və Anbarlar üçün X1 əsasən: 6.7.2-ci maddəsinə əsasən odsöndürənlər qapı açıldığı zaman onun kənarından ən azı 1,2 metr məsafədə və döşəmə səviyyəsindən odsöndürənin aşağı başlığına qədər 1,5 metr hündürlükdə yerləşdirilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozmamışdır. Bu hal iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, 03 aprel 2023-cü il tarixli, 2092 nömrəli yanğın-texniki müayinə aktında göstərilən hallar üzrə yanğın söndürmə vasitələrinin qanunun tələblərinə uyğun quraşdırılmamasının nədən ibarət olması tərtib edilmiş protokol və aktla müyyən edilmir, obyektin yanğın xəbər verici siqnalizasiya sistemi isə 12 sentyabr 2022-ci il tarixli təhviltəslim aktına əsasən ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə "xxxx" MMC tərəfindən quraşdırılmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2693 qeydiyyat nömrəli, 31 may 2001-ci il tarixli Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaların 9.1-ci maddəsinə əsasən illik plan-qrafikə uyğun həyata keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən xəbər verici siqnalizasiya sistemi illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir və 12 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 12 sentyabr 2022-ci il tarixində xəbərvericisiqnalizasiya sisteminin quraşdırılması işləri həyata keçirilmiş və sistem tam işlək vəziyyətdədir. Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə məlumatverici lövhələr quraşdırılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətmədiyindən və bu hal iş materialları ilə sübuta yetirildiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar