Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1568/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızını katibliyi ilə, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3-cü ərazi X4 İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3cü ərazi X4 İdarəsi tərəfindən 27 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə keçirilən yanğın-texniki müayinə zamanı X1 01-2001 - 10.4; 6.5-ci bəndinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3-cü ərazi X4 İdarəsinin inspektoru İlkin Məmmədov tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 27 mart 2023-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X3 izahat verərək bildirdi ki, onun Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3-cü ərazi X4 İdarəsi tərəfindən yanğın-texniki müayinənin keçirilməsi barədə məlumatı olmamışdır. Ona bu barədə rəsmi məlumat verilsi idi, yoxlamanın təşkil edilməsində və sənədlər təqdim edilərdi. Bu səbəbdən də, Şəxs MMC barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3-cü ərazi X4 İdarəsinin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasın onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən Şəxs MMC-yə məxsus obyektdə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 13 mart 2023-cü il tarixdə KY231896251 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3-cü ərazi X4 İdarəsinin rəisi daxili xidmət mayoru Mircavad Seyidov tərəfindən qəbul edilmiş 1924 nömrəli, 04 mart 2023-cü il tarixli yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 27 mart 2023-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, yanğın-texniki müayinə zamanı aşağıdakı qanun pozuntuları aşkar edilmişdir: obyektin elektrik naqillərinə mütəxəsis tərəfindən baxış keçirilməyib və akt tərtib edilməyib; obyektin ilkin yanğın söndürmə vasitələri ilə tam təmin edilməyib və normativ tələblərə uyğun yerləşdirilməyib. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, X4 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X4 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 5.1-ci bəndinə əsasən, köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 6.5-ci bəndinə əsasən, elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur: - elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək; nasaz elektrik qurğularından istifadə etmək; - elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək; - dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək; - standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək; - magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək; - elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 10.4-cü bəndinə əsasən, otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MMCnin barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1568/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1568/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver