Məhkəmə qərarları › İş №3(011)-1570/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1570/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1570/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MTK-nın etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə Hüquqi şəxs Şəxs MTK barəsində Azərbaycan Respublikası İXM-in 518.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsi tərəfindən 06 aprel 2022ci il tarixdə Xətai rayonu, Y.Əliyev və X.Rüstəmov küçələrinin kəsişməsində yerləşən «Knightsbridge Ağ Şəhər” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasında yanğıntexniki müayinə zamanı YTQ № 01-2001 bənd 1.9.12, 01-2001 bənd 5.2 tələblərin pozulması faktı müəyyən edilmişdir. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin mühəndis inspektoru X1 tərəfindən «Knightsbridge Ağ Şəhər” MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 06 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MTK-nın etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirmişdir ki, MTK barəsində tərtib edilmiş protokol əsassızdır. Belə ki, həmin protokoldan məlumatları yoxdur, protokol tərtib olunarkən iştirakları təmin edilməmişdir. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, Fövqəladə Hallar Nazirliyi X5 Xidməti tərəfindən «Knightsbridge Ağ Şəhər” MTK-ə məxsus obyektdə 04.04.2022-08.04.2022-ci il tarixlərində plan üzrə (növbəti) müayinə həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 04 aprel 2022-ci il tarixdə KY221725972 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin rəisi Mircavad Seyidov tərəfindən qəbul edilmiş 1954 nömrəli 04 aprel 2022-ci il tarixli yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, Xətai rayonu, Y.Əliyev və X.Rüstəmov küçələrinin kəsişməsində yerləşən Şəxs MTK-ə məxsus obyektdə 04.04.2022-08.04.2022-ci il tarixlərində plan üzrə (növbəti) müayinə həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli yanğın-texniki müayinə aktından görünür ki, yanğın-texniki müayinə zamanı YTQ № 01-2001 bənd 1.9.12 (yaşayış binasının tikintisi üçün tərtib olunmuş layihə sənədləri X7 Xidməti ilə razılaşdırılmamış), 01-2001 bənd 5.2 (yaşayış binasında giriş qapıları hərəkət istiqamətinə açılmır) tələblərin pozulması faktı müəyyən edilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin mühəndis inspektoru Cavid Hüseynzadə və Mikayıl Xəlilzadə tərəfindən tərtib edilmiş 06.04.2022-ci il tarixli aktdan görünür ki, Şəxs MTK-ya məxsus yaşayış binasında 06.04.2022-ci il tarixli yanğın-texniki müayinə aktına, inzibati xəta haqqında protokola imza etməkdən imtina etmiş, sənədlərin surətini nümayəndə X2 təqdim edilmiş, lakin qəbul etməsi barədə imza etməkdən imtina etmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən X5 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X5 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq X5nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 1.9-cu bəndinə əsasən Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 1.9.12. Hüquqi şəxsin (müəssisənin) əsaslı tə`miri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X5 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxarıda adları çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin tə`yinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara mə`lumat vermək. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MTK-nın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə araşdırması zamanı Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MTK-nin barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar