Məhkəmə qərarları › İş №3(011)-1572/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1572/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1572/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə İnzibati icraata aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Fatya Beauty” adlı gözəllik salonunda lisenziya tələb olduğu halda, lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 300 manat gəlir əldə etməsi müəyyən edilmişdir. Bununla bağlı 28 mart 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraata aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, icra müqaviləsi əsasında “Fatya Beauty” adlı gözəllik salonun sahibidir. Lakin onun Jajə İsmayılova tərəfindən aparılmış olan rinoplastik cərrahiyə əməliyyatından xəbəri olmamışdır. Bu fakt Jajə İsmayılova tərəfindən də verilmiş olan izahatlarından da sübuta yetirilir. Bu səbəbdə məhkəmədən onun barəsində İXM-nin 398-ci maddəsi ilə başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Vergi Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, işə Dövlət Vergi Xidmətinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon prokurorluğunun müstəntiqi Araz Tağıyevin 23 yanvar 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 burun nahiyyəsindən yanlış rinoplastik cərahiyyə əməliyyatı olunmasından şikayət faktı üzrə 572-C-22 nömrəli material üzrə X1 əməllərində cinayət tərkibinin əlamətləri sübuta yetirilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış olan 23 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq faəliyyətinin həyata küçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə müvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin Qeyd hissəsinə əsasən, Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin Qeyd hissəsinə əsasən xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar