Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1574/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş 03 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, tələsməsi səbəbindən konusları tapdalayaraq baş yola daxil olmuşdur. Daha sonra Yol Patrul Xidmətinin əməkdaşı ona saxla əmri vermiş, sürətini azaldaraq yavaşlamış, digər əməkdaş isə hərəkəti davam etdirməsini işarə etmişdir. O nə edəcəyini bilməyərək hərəkətə davam etmişdir. Heç bir əməkdaşa tabesizlik göstərməmişdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yol Patrul Xidmətinin baş inspektoru, polis mayoru X3 göstərmişdir ki, dövlət tədbiri ilə bağlı xüsusi təyinatlı avtomobillərin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun giriş hissələrində müvəqqəti məhdudlaşdırma tətbiq edilmiş, rabitə vasitəsindən məlumat daxil olmuşdur ki, “BMW” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi konusları tapdalayaraq qadağan olunmuş əraziyə daxil olmuşdur. Daha sonra Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxla işarəsinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 08:15 radələrində dövlət tədbiri ilə bağlı xüsusi vasitələrdən istifadə etməklə H.Əliyev prospekti istiqamətində müəyyən yerlərdə hərəkət müvəqqəti məhdudlaşdırılmışdır. Bu zaman BMW” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü polisin tələbinə tabe olmayaraq qəsdən maneələri dağıdaraq qadağan olunmuş əraziyə daxil olmuşdur. Qarşıda yol polisi tərəfindən saxla işarəsinə tabe olmamışdır. Sonradan N.Əliyev küçəsində saxlanılmışdır. 03 may 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 03 may 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polis əməkdaşlarının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdi; protokoldan görünür ki, Şəxs 03 may 2024-cü il tarixdə saat 08:40-da inzibati qaydada tutulmuşdur; diskdən görünür ki, “BMW” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi konusları tapdalayaraq qadağan olunmuş əraziyə daxil olmuş, qarşıda yol polisi tərəfindən saxla işarəsinə tabe olmayaraq hərəkətə davam etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs 03 may 2024-cü il tarixdə Xətai rayon ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Ərəbli X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli 03 may 2024-cü il tarixdə saat 13:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 03 may 2024-cü il tarixdə saat 08:40-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-1574/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1574/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver