Məhkəmə qərarları › İş №3(011)-1574/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1574/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1574/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, Bakı şəhəri X7 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 barəsində DİN Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25581999 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25581999 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, ona yazılmış olan EQ 25581999 nömrəli protokol yol nişanları ilə uyğun gəlmir. Belə ki, şikayətçi xx.xx.2025-ci il tarixdə saat 17:37də Xocalı prospektində yaşayış zonasından çıxıb sağa dönən zaman baxmışdır ki, heç bir qadağanedici nişan və ya lövhə yoxdur, bu səbəbdən avtobus zolağından istifadə etmişdir və buna görə ona 100 manat məbləğində cərimə yazılıb. Odur ki, videogörüntünü izləyərk qərar verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı izahat verən şikayətçi ərizəni müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Bakı şəhəri X7 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu, şikayətçi tərəfindən inzibati xətaya yol verildiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25581999 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 “Hyundai Sonata” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 17:37-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti istiqamətində hərəkətdə olarkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Baş X7i İdarəsinin sistemindən olan fotoşəkildən görünür ki, X3 məxsus “Hyundai Sonata” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 17:37-də “07:00-22:00” qadağan edici nişanına baxmayaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.1-1-ci maddəsinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə istinad olunan yolda quraşdırılan qadağan edici nişanın mövcudluğunu əks etdirən fotoşəkilləri təqdim etmişdir. İş materiallarında şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, həmin qadağan edici nişan işıqforun yanında yerləşir. İnzibati xəta törədilən vaxtda işıqforun orada olmadığını şikayətçi qeyd etsə də buna dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X2 idarə etdiyi avtomobil “07:00-22:00” qadağan edici nişanına baxmayaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olduğundan qanun pozuntusuna yol vermiş, bununla da haqlı olaraq barəsində qərar tərtib edilərək cərimələnmişdir. Odur ki, DİN Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25581999 saylı inzibati tənbeh vermə haqqında elektron qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. DİN Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25581999 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar