Məhkəmə qərarları › İş №3(011)-1576/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1576/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1576/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş 03 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 03 may 2024-cü il tarixdə həyat yoldaşına məxsus “Passat” markalı, **- HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nərimanov rayonu, Həsən Əliyev küçəsi istiqamətində hərəkətdə olan zaman **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti tərəfindən nəqliyyat vasitəsində qanunla qadağan edilmiş pərdə olması səbəbindən saxlanılmış, daha sonra məlum olmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi yoxdur. Daha sonra nəqliyyat vasitəsini dayanacağa aparan zaman polis əməkdaşları ona qarşı nalayiq sözlər işlətməsi səbəbindən maşından düşmüş və aralarında mübahisə yaranmışdır. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru, polis baş serjantı X4 bildirmişdir ki, 03 may 2024-cü il tarixdə Həsən Əliyev küçəsində xidmətdə olan zaman “Passat” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunla tətbiqinə icazə verilməyən örtüklərdən istifadə etdiyinə görə saat 15:16 radələrində saxlanılmışdır. Sənədləri yoxlanılan zaman sürücü Şəxs həmin nəqliyyat vasitəsinə etibarnaməsinin olmaması məlum olmuşdur. Sürücü Şəxs sənədlər tələb edilən zaman sənədlərin həyat yoldaşının iş yerində olmasını bildirmişdir. Daha sonra avtomobilə əyləşin həyat yoldaşının iş yerinə gedərkən avtomobil hərəkətdə olarkən düşməyə çalışmış və polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, 03 may 2024-cü il tarixdə Həsən Əliyev küçəsində xidmətdə olan zaman “Passat” markalı, **- HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunla tətbiqinə icazə verilməyən örtüklərdən istifadə etdiyinə görə saat 15:16 radələrində saxlanılmışdır. Sənədləri yoxlanılan zaman sürücü Şəxs həmin nəqliyyat vasitəsinə etibarnaməsinin olmaması məlum olmuşdur. Sürücü Şəxs sənədlər tələb edilən zaman sənədlərin həyat yoldaşının iş yerində olmasını bildirmişdir. Daha sonra avtomobilə əyləşin həyat yoldaşının iş yerinə gedərkən avtomobil hərəkətdə olarkən düşməyə çalışmış və polisin qanuni tələbinə tabe olmamışdır. 03 may 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 03 may 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polisin qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdi; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs 03 may 2024-cü il tarixdə Xətai rayon ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Bədəlov X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli 03 may 2024-cü il tarixdə saat 13:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 03 may 2024-cü il tarix, saat 18:35-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar