Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1581/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, «Şəxs»nın barəsində Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş 24 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4315/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-2(113)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-2(113)-4827/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri borclu hüquqi şəxs «Şəxs» tərəfindən icra edilmədiklərindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu «Şəxs»na yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icraları tələb olunmuşdur. Borclu, «Şəxs» Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu hüquqi şəxs «Şəxs»nın barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtiib edilmişdir. Beləliklə o, hüquqi şəxs «Şəxs»nın barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 4315/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabden «Şəxs»dan 258611.71 manat məbləğində pul və ödənilmiş 675 (altı yüz yetmiş beş) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc hüquqi şəxs tərəfindən bugünədək ödənilməmişdir. Artıq uzun müddətdir hüquqi şəxs tərəfindən icra sənədi üzrə olan borc məbləği ödənilmədiyindən onlar məcbur qalıb qərarın icrası ilə əlaqədar icra məmuruna müraciət etmişlər. Beləliklə o, «Şəxs»nın məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Şəxs»nın direktoru Burhan Tekdemir məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini qeyd etmiş və məhkəmə iclasının onların iştirakları olmadan keçirilərək yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından 50000 manat əsas borc, 750 manat faiz borcu, 369,90 manat cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 2880,10 manat, ümumilikdə 54000 manat və dövlət rüsumu kimi ödənilmiş 28,14 manat məbləğində pulun tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə «Şəxs»nın ünvanına göndərilmişdir; bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, borclu «Şəxs»nın barəsində olan icra sənədləri bir icraatda birləşdirilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən borclu «Şəxs»na ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcludan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə olan tələbin icra edilməsi tələb olunmuş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar olunmuşdur; Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4827/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh «Şəxs»dan 38.455,5 (otuz səkkiz min dörd yüz əlli beş manat, əlli qəpik) manat, 384 manat cərimə məbləği, iş uzrə ödənilmiş 410 manat məbləğində mediasiya xərci, hüquqi yardım göstərilməsi üçür vəkilə ödənilmiş 1665 manat pulun "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4827/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə «Şəxs»nın ünvanına göndərilmişdir; "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, «Şəxs» tərəfindən 5000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə ödənilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən borclu «Şəxs»na ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcludan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4827/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə olan tələbin icra edilməsi tələb olunmuş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar olunmuşdur; Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4315/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabden «Şəxs»dan 258611.71 manat məbləğində pul və ödənilmiş 675 (altı yüz yetmiş beş) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSCnin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4315/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə «Şəxs»nın ünvanına göndərilmişdir; "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, «Şəxs» tərəfindən 20000 manat məbləğində pul vəsaiti "xxxx" QSC-nin xeyrinə ödənilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən borclu «Şəxs»na ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcludan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4315/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə olan tələbin icra edilməsi tələb olunmuş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu «Şəxs» məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4315/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-2(113)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-2(113)- 4827/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu «Şəxs» məhkəmə qərarında göstərildiyi qaydada icranı tam olaraq təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, «Şəxs» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, «Şəxs» icra sənədi üzrə ümumilikdə 54000 manat və dövlət rüsumu kimi ödənilmiş 28,14 manat məbləğində pulu iddiaçı LPO "xxxx" ASC-nin, qalıq qalmış 35914.5 manat məbləğində pulu "xxxx" MMC-nin, qalıq qalmış 239286.71 manat məbləğində pulu "xxxx" QSC-nin xeyrinə ödəməkdən boyun qaçırır, bu hal isə onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. «Şəxs»nın dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «Şəxs»nın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «Şəxs»nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Şəxs» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1581/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1581/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver