Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1585/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X1, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X3, Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Mərkəzi Bankın 26-12056-2020 saylı xx.xx.2020-ci il tarixli göstərişi əsasında müvafiq sənədlər Şəxs ASC tərəfindən təqdim edilməmişdir. Bununla bağlı xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs ASC barəsdində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, Mərkəzi Bankın xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolu ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol hüquqi şəxs Şəxs ASC barəsində deyil, vəzifəli şəxs kimi direktoru barəsində tərtib olunmalıdır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ciil tarixli Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs ASC-ə ünvanlanmış sorğudan görünür ki, vətəndaş Kamil Məmmədovun və Şakir Fətəliyevin müraciəti ilə əlaqədar olaraq, vətəndaşın müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlərin (2015, 2016, 2017, 2018 və 2019-cu illərin sonuna müəssisənin mühasibat balansını, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatını, habelə son beş il ərzində səhmdarlara dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividendlərin məbləğləri haqqında məlumat) əlavə edilməklə 5 (beş) günərzində Banka təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan “Alib Express” məktub və bağlamalar daşınması xidmətinin qaiməsinin surətindən görünür ki, Mərkəzi Bankın 26-12056-2020 saylı sorğusu xx.xx.2020-ci il tarixdə Mirzəyev tərəfindən imzalanmaqla qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs ASC-nin barəsində qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş miqdarda cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1585/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1585/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver