Məhkəmə qərarları › İş №3(011)-159/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-159/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-159/2021 05.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şikayətçi «xxxx» QSC-nin direktoru X3 müdafiəçisi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, «xxxx» QSC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: «xxxx» QSC-nin direktoru X6 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi «xxxx» QSC-nin direktoru X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X4 (bundan sonra - “İşçi”) xx.xx.2018-ci il tarixdən direktor vəzifəsində çalışdığı “xxxx” QSC-də xadimə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə sonradan edilmiş qarşılıqlı razılığa əsasən işçi ilə bağlanılmış əmək müqaviləsinin bitmə müddəti xx.xx.2020-ci il tarixi müəyyən olunmuşdur. Əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi barədə xx.xx.2020-ci il tarixdə işçiyə bildiriş və telefon zəngi vasitəsi ilə məlumat verilmiş, əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş ilə tanış olması üçün işçi iş yerinə dəvət edilmiş, lakin o, həmin bildirişi qəbul etməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə işçi ilə son haqq-hesab aparılmaqla, “xxxx” QSC tərəfindən ona edilməli ödənişlər bank hesabına köçürülməklə, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68. maddəsinin 2. hissəsinin b) yarımbəndi əsasında xitam verilmişdir. Daha sonra işçinin şikayət ərizəsi əsasında, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən araşdırma aparılmış və bununla bağlı Cəmiyyətə xx.xx.2020-ci il tarixli, **********4 saylı məktub ünvanlanmış və işçi ilə bağlı sənədlərin idarəyə təqdim edilməsi xahiş olunmuşdur. İdarənin sorğusuna cavab olaraq, xx.xx.2020-ci il tarixli, 017/20 nömrəli məktubla işçiyə dair bütün sənədlər idarəyə təqdim edilmişdir. Bununla belə, idarə tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərarda “müəssisədə çalışan X2 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq işəgötürən tərəfindən xitam verildiyi, nəticədə X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi” qeyd olunmuş, nəticədə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi «xxxx» QSC-nin direktoru X3 müdafiəçisi Vəkil ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 şikayətə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsinə dair «xxxx» QSC-nin direktoru X3 ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, hüquqi şəxs «xxxx» QSC AZ1029, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Lakin inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş qərardan görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Nərimanov rayonu ərazisidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Nərimanov rayonu ərazisi olduğundan, həmçinin şikayətçi işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması üçün vəsatət əlavə etmədiyindən «xxxx» QSC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3-cü madəsini rəhbər tutaraq QƏRARA ALDİM: «xxxx» QSC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar