Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1592/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər DYPİ-nin xx xxxx 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin xx xxxx 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində saat 09:22də nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2011-ci il tarixli 2/1230 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə təsdiq olunur ki, xx.xx.2011-ci ildə saat 11:07-də aparılmış müayinə nəticəsində müəyyən edilmişdir ki, o, ayıq olmuş və onda alkoqol qəbulu əlamətləri yoxdur. Buna baxmayaraq Bakı şəhəri X7 əməkdaşı polis polkovniki X6 onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilib, 400 manat məbləğində inzibatı qaydada cərimə etmişdir. Barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. Həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Çünki, o, heç bir inzibati xətaya yol verməmişdir. Ona görə də o, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edir və həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında X2 ərizəsində göstərdiklərinə uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə, işə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər DYPİ-nin xx xxxx 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunması və inzibati işə xitam verilməsinə dair X3 ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Lakin inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş qərardan görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi ərazisidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Səbail rayonu ərazisi olduğundan, həmçinin şikayətçi işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması üçün vəsatət əlavə etmədiyindən X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3-cü madəsini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Bakı şəhər DYPİ-nin xx xxxx 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv olunmasına dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1592/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1592/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver