Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1595/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Mahmudlu-3 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli rayonu, Mahmudlu- 3 kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 14 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs barəsində 2 (iki) məhkəmə qərarı mövcuddur və məhkəmə qərarları üzrə borclunun cəmi 6697 manat borcu vardır. Lakin Şəxs borclarını uzun müddət ərzində ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs şifahi və yazılı xəbərdarlıq edilərək qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Nağıyev X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli, 2(011)-3336/2018 saylı icra sənədinə əsasən “Samand SE” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" ASCyə geri qaytarılması qət edilsə də, həmin nəqliyyat vasitəsi oğurlandığından hal-hazırda axtarışa verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli, 2(064)- 229/2018 saylı icra sənədinə əsasən 485 manat pul vəsaitinin ondan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir, borcunun bir hissəsini ödəmişdir, qalan hissəsini isə hissə-hissə ödəyəcəkdir. Beləliklə o, əməlindən peşman olduğunu, maddi imkanının zəif olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli, 2(064)-229/2018 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs onun mülkiyyətində olan “Opel Astra” markalı, **-KH-*** nömrə nişanlı avtomaşınla, "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai Elantra” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi ziyanın aradan qaldırılması üçün çəkdiyi xərcə görə 465 manat sığorta ödənişi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 485 manat alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında 15.11.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli, 2(064)-229/2018 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş, həmçinin bildiriş borclu tərəfindən imza edilməklə qəbul edilmişdir; borclunun axtarışı haqqında 14.07.2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü borclu Şəxs barəsində axtarış elan olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli, 2(011)-3336/2018 saylı icra sənədindən görünür ki, 13.11.2014-cü il tarixli AL-2267 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Samand SE” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT6EF710240 ban, 55529 mühərrik nömrəli, qara rəngli avtomobilin "xxxx" ASC-yə geri qaytarılması, cavabdeh Şəxs 5345.08 manat əsas, 725.73 manat mükafat və 579 manat dəbbə pulu, cəmi 6649.81 manat borcun "xxxx" ASC-nin xeyrinə tutulması, dövlət rüsumunun 50%, yəni 15 manatının iddiaçıya aid edilməsi qət edilmişdir; icraata başlamaq haqqında 04.06.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli, 2(011)-3336/2018 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş, həmçinin bildiriş borclu tərəfindən imza edilməklə qəbul edilmişdir; borclunun əmlakının axtarılması haqqında 15.08.2019-cu il tarixli qərarın surətindən görünür ki, Şəxs mülkiyyətində olan “Samand SE” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT6EF710240 ban, 55529 mühərrik nömrəli avtomobilin barəsində axtarış elan olunması və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli, 2(064)-229/2018 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli, 2(011)-3336/2018 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdeh Şəxs cəmi 465 manat borc və 20 manat dövlət rüsumunun "xxxx" ASC, cəmi 6649.81 manat borcun və 15 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs yaranmış borclarını ödəməkdən boyun qaçırmışdır. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1595/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1595/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver