Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1596/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(011)-656/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən MN ******* nömrəli, 06 may 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X10 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 16(011)-656/2024 saylı icra sənədinə əsasən, X8 övladı – 21 fevral 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin şənbə günləri 15:00-dan saat 20:00-dək müəyyən edilməli və həmin müddət ərzində uşaqla ünsiyyətə yaradılan maneələr borcluya qadağan edilməlidir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 16(011)- 656/2024 saylı icra sənədinə əsasən, X8 övladı – 21 fevral 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin şənbə günləri 15:00-dan saat 20:00-dək müəyyən edilməli və həmin müddət ərzində uşaqla ünsiyyətə yaradılan maneələr ona qadağan edilməlidir. Ünsiyyətlə bağlı sənəd 2 həftədən az müddətdir ki, icraya yönəlib. Keçən həftə də bu həftə də ünsiyyət üçün şərait yaratmağa çalışmışam. Lakin uşaq qorxduğu üçün ünsiyyətdən qaçır. O uşağı görüşə gətirsə belə uşaq qarşı tərəfi istəmir. Uşaqlıq dövründə yaşadığı stressə görə övladı qarşı tərəfə yaxın getmir. İcra məmuru bütün hallara şahid olub. O tələbi yerinə yetirir, sadəcə uşaq qarşı tərəfi qəbul etmir, görüşdən imtina edir. Göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 16(011)-656/2024 saylı icra sənədindən görünür ki, X8 övladı – 21 fevral 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin şənbə günləri 15:00-dan saat 20:00-dək müəyyən edilməli və həmin müddət ərzində uşaqla ünsiyyətə yaradılan maneələr Şəxs qadağan edilməsi qət edilmişdir. Xətai rayon İcra şöbəsinin 26 aprel 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Xətai rayon İcra şöbəsinin 26 aprel 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Xətai rayon İcra şöbəsinin icra məmuru X10, X3, borclu X2, tələbkar X13 və hal şahidləri X4, X6 iştirakları ilə tərtib edilmiş 04 may 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 16(011)-656/2024 saylı icra sənədinə əsasən X8 övladı – 21 fevral 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin şənbə günləri 15:00-dan saat 20:00-dək müəyyən edilməli və həmin müddət ərzində uşaqla ünsiyyətə yaradılan maneələr Şəxs qadağan edilməlidir. Sözügedən icra sənədinin icrası ilə bağlı borclu şəxsə “sms-bildiriş” göndərilmiş və telefon vasitəsilə əlaqə saxlanılmışdır. Borclu şəxs övladı ilə Xətai rayon icra şöbəsinə gəlmişlər. X7 atası ilə görüşmək istəmədiyini, anasının yanından ayrılmamışdır. Uşaqla görüş ilə bağlı yenidən borcluya hüquq və vəzifələri izah və elan olundu. Belə ki, borclu şəxs uşaqla ünsiyyət ilə bağlı heç bir maneələr yaratmadığını, lakin uşağın görüşmək istəmədiyi bildirdi. Xətai rayon İcra şöbəsinin icra məmuru X10, tələbkar X13, borclu X1 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 16(011)-656/2024 saylı icra sənədinə əsasən X8 övladı – 21 fevral 2017-ci il təvəllüdlü X14 ilə hər həftənin şənbə günləri 15:00-dan saat 20:00-dək müəyyən edilməli və həmin müddət ərzində uşaqla ünsiyyətə yaradılan maneələr Şəxs qadağan edilməlidir. Sözügedən icra sənədinin icrası ilə bağlı ünvana gəlmiş, şəxsə qərar və bildiriş təhvil vermiş və imzalanaraq qəbul etmişdir. Borclu şəxsdən uşaq harda olduğu soruşulmuş və evdə olduğunu bildirilmişdir. Mənzilin 2-ci mərtəbəsinə qalxan zaman borclu (anası) otağa girən zaman “polis gəldi səni atana verəcək” və daha sonra uşaq anasından qopmamış ünsiyyət yaratmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən, məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində qərəz olmadığından inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1596/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1596/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver