Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1597/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə. X1 Bakı şəhəri Dövlət X4 xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Dövlət X4 xx.xx.2020ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. X2 məhkəməyə ərizə ünvanlayaraq şikayət vermə müddətini ötürdüyündən şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Dövlət X4 xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Məhkəmə belə hesab edir ki, X2 şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə təqdim etdiyindən Bakı şəhəri Dövlət X4 xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Dövlət X4 xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1597/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1597/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver