Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1597/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X4 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində 15 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 14.03.2022-ci il tarixdə vətəndaş Sevinc Talıbovaya məxsus 2 ədəd dəmir profilini talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 14.03.2022-ci il tarixdə pulu olmadığından əmisigilə getmiş və 2 ədəd dəmir profilini oğurlayaraq yaxınlıqda yerləşən dəmir qəbulu yerinə vermiş və onun müqabilində 15 manat almışdır. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmişdir. Beləliklə o, hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, 14.03.2022-ci il tarixdə anası Kəmalə Babayeva ona zəng edərək əmisi oğlu Şəxs onlara məxsus həyətdən 2 ədəd dəmir profilini oğurladığını bildirmişdir. Bundan sonra o, dərhal polisə məlumat vermişdir. Hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Odur ki o, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X6 izahat verərək göstərmişdir ki, Şəxs 14.03.2022-ci il tarixdə vətəndaş Sevinc Talıbovaya məxsus 2 ədəd dəmir profilini talama inzibati xətası törətmişdir. Faktla bağlı Şəxs barəsində İXMnin 227-ci maddəsi ilə 15.04.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24.03.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur; 15.04.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.03.2022-ci il tarixdə vətəndaş Sevinc Talıbovaya məxsus 2 ədəd dəmir profilini oğurlamaqla xırda talama inzibati xətası törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 12.04.2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati icraat başlanmışdır; 15 aprel 2022-ci il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X2 dəymiş maddi zərər ödənilmiş və onunla barışmış, zərərçəkmiş şəxs X1 ona qarşı heç bir şikayət və tələbi yoxdur, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. 15 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Şəxs zərərçəkmiş şəxs X3 ilə barışmış, ona dəymiş ziyanı pdəmişdir və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1597/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1597/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver