Məhkəmə qərarları › İş №3(011)-1598/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1598/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1598/2023 01.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 2022-ci il üzrə (illik) 1istehsal (sənaye) (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) nömrəli rəsmi statistika hesabatını mart ayının 16-da 01 gün gecikmə ilə təqdim etmişdir. Bu səbəbdən Bakı Şəhər Statistika İdarəsi tərəfindən 17 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 protokolu müdafiə edərək bildirmişdir ki, «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 2022-ci il üzrə (illik) 1-istehsal (sənaye) (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) nömrəli rəsmi statistika hesabatını mart ayının 16-da 01 gün gecikmə ilə təqdim etmişdir. Buna görə də barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 izahatında göstərmişdir ki, 2022-ci il üzrə (illik) 1-istehsal (sənaye) (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) nömrəli rəsmi statistika hesabatını mart ayının 15-də elektron formada www.stat.gov.az internet səhifəsində təqdim edilmiş, lakin internet səhifəsi işləmiş, nəticədə mart ayının 16-da təqdim edilmişdir. Lakin hesabatın mart ayının 15-də təqdim edilməsinə dair sübutu yoxdur. İş materiallarından görünür ki, «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2022-ci il üzrə (illik) 1-istehsal (sənaye) (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) nömrəli rəsmi statistika hesabatı mart ayının 16-da 01 gün gecikmə ilə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12 may 2014-cü il tarixli 18/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (sənaye) №-li aylıq rəsmi statistika hesabatı üzrə sənaye müəssisələri - hüquqi şəxslər, onların filial və nümayəndəlikləri hesabatı mart ayının 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim edir. İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hüquqi şəxs «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs «Fieldcore Service Solutions İnternational LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilənərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar