Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-16/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) 4000000.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “Bank VTB (Azərbaycan)” ASC-də olan hesabından 25 oktyabr 2019cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 1558775.50 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 07 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin (əvvəlki adı "xxxx" MMC) üzrə nümayəndəsi X3 vəsatət təqdim edərək göstərmişdir ki, göstərilən protokol qanunvericiliyin tələblərinin pozuntularına yol verilməklə, habelə işin mahiyyəti obyektiv qaydada araşdırılmadan formal olaraq tərtib edilmişdir və buna görə də hesab edir ki, həmin protokol üzrə icraata xitam verilməlidir. Çünki qarşılıqlı təsərrüfat münasibətlərini tənzimləmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədarük müqaviləsi bağlamaqla; müqaviləyə və qanunvericiliyə uyğun olaraq satıcının hesabına əvvəlcədən köçürmə qaydasında pul köçürməklə, ödənilmiş pulun müqabilində satıcı tərəfindən malın bir hissəsi göndərilmədikdə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi vasitələrdən istifadə edib xəbərdarlıq məktubu, pretenziya göndərməklə, göstərilən hərəkətlər nəticə vermədikdə qanunla nəzərdə tutulmuş qaydada iddia ərizəsi ilə Arbitraja müraciət etməklə "xxxx" MMC heç bir inzibati, maliyyə pozuntusunu yol verməmiş və inzibati xəta törətməmişdir. Rusiya Federasiyasının Nijenovqorod Arbitraj məhkəməsi tərəfində iddianın tam təmin edilməsi və satıcının nəinki qaytarmadığı məbləğdə vəsaiti qaytarmalı olması, üstəlik xeyli məbləğdə cərimə ödəməli olması barədə qətnamə qəbul etməsi isə yuxarıda göstərilənləri tam təsdiq edir. Belə ki, ”EMİN 1976” MMC ilə (sonradan adı dəyişdirilərək “Paradise-M” adlandırılmışdır və bu barədə sənəd əlavə olunur) Rusiya Federasiyasının “"xxxx" MMCnin arasında meşə materiallarının tədarükünə dair 27 sentyabr 2019-cu il tarixli KH- EMİN 16/20 saylı Kontrakt bağlanmışdır. Kontrakt bağlanarkən Azərbaycan Respublikası MM-nin Müqavilə hüququna aid XX fəslində, habelə konkret olaraq Xüsusi hissəsinin Vll bölməsində təsbit olunmuş müddəalara tam riayət edilmişdir. Kontraktın 3.2ci maddəsinə əsasən onun ümumi məbləği ******* Rusiya rublu olmuşdur. Kontraktın 1,1, 1.2 və 3.2 maddələrinə uyğun olaraq, EMİN 1976” MMC (təzə adı"xxxx" MMC) tərəfindən satıcının 01.10.2019-cu il tarixli № 1, 17.10.2019-cu il tarixli № 6 və 18.10.2019-cu il tarixli № 7 hesab-fakturaları əsasında 03.10.2019, 08.10.2019, 18.10.2019, 22.10.2019, 25.10.2019 və 07.11.2019-cu il tarixli ödəmə tapşırıqları ilə cavabdehin hesablaşma hesabına 14000000 rubl məbləğində vəsait köçürülmüşdür və bu məbləğin müqabilində cavabdeh cəmi ******* rubl məbləğində meşə materialı göndərmişdir və beləliklə ******* rubl məbləğində pulun müqabilində heç bir material göndərməmiş, müqavilənin şərtlərini pozaraq tədarükü dayandırmışdır. Satıcının göndərmədiyi mallara görə borcun 1558775.50 rublu 25.10.2019-cu il tarixdə 001 saylı köçürmə ərizəsi ilə ödədikləri ******* rubl məbləğində vəsaitə görə malın tam göndərilməməsi ilə əlaqədar yaranmışdır. Belə olan halda tərəflərindən qüvvədə olan qanunvericiliyin və Kontraktın tələblərinə tam uyğun olaraq 21.04.2020-ci il tarixdə cavabdehə rəsmi pretenziya göndərilmiş, həmin pretenziya da nəticəsiz qaldığından Rusiya Federasiyasının Nijeqorodsk vilayətinin Arbitraj məhkəməsinə rəsmi iddia ərizəsi verilmiş və iddiaya mahiyyəti üzrə baxılaraq, 03.12.2020ci il tarixli qərarla iddia tam təmin edilmiş və cavabdeh tərəfindən bizə ******* rubl məbləğində borcun, 361786 rubl məbləğində özgə vəsaitindən qanunsuz istifadəyə görə faizin və 51937 rubl məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmışdır. Beləliklə, RF arbitraj məhkəməsinin qərarı ilə "xxxx" MMC-nin ******* rus rublunu onlara ödəməli olduğu qət edilmişdir. Hazırda məhkəmə qərarı icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsində isə həmin borcun qaytarılmaması onların təqsiri kimi, konkret olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətməkləri kimi qiymətləndirilərək, əsassız olaraq barələrində İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. Bu zaman, hər şeydən əvvəl inzibati protokol tərtib edilməzdən əvvəl heç bir məlumat verilməmiş, məsələyə baxılarkən iştirakları təmin edilməmişdir, fikirləri və mülahizələri dinlənilməmiş və hesab edir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. "xxxx" MMC-nin (əvvəlki adı "xxxx" MMC) əməlində inzibati xətanın tərkibi olmadığından inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 001 nömrəli köçürmə ərizəsinin surətindən görünür ki, "xxxx" şirkətinə KH-EMİN 16/20 nömrəli 27.09.2019-cu il tarixli müqavilə əsasında 25.10.2019-cu il tarixində 4000000.00 Rusiya rublu məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası Nijeqorod Vilayəti Arbitraj Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli A43-18384/2020 nömrəli qərarından görünür ki, görünür ki, 03.10.2019, 08.10.2019, 18.10.2019, 22.10.2019 (001 saylı), 25.10.2019 və 07.11.2019-cu il tarixli ödəniş tapşırıqları ilə "xxxx" MMC-nin hesablaşma hesabına 14000000 rubl məbləğində vəsait köçürülmüşdür və cavabdeh öhdəlikləri ******* rubl məbləğində yerinə yetirmiş və beləliklə ******* rubl məbləğində borcu yaranmışdır. "xxxx" MMC-dən "xxxx" MMC xeyrinə ******* rubl qabaqcadan ödəniş, özgənin pul vəsaitlərindən istifadəyə görə 361786.53 rubl faiz, həmçinin 51927 rubl dövlət rüsumunun ödənilməsi üçün xərclərin tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 20 aprel 2021-ci il tarixli "xxxx" MMC-nin təsisçi qərarından görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) adı "xxxx" MMC-ə dəyişdirilmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materialları ilə sübuta yetirildi ki, "xxxx" MMC 4000000.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “Bank VTB (Azərbaycan)” ASC vasitəsilə 25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və "xxxx" şirkəti tərəfindən mallar göndərilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Rusiya Federasiyası Nijeqorod Vilayəti Arbitraj Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli A43-18384/2020 nömrəli qərarı ilə ******* rubl qabaqcadan ödəniş, özgənin pul vəsaitlərindən istifadəyə görə 361786.53 rubl faiz, həmçinin 51927 rubl dövlət rüsumunun ödənilməsi qərara alınmışdır. Rusiya Federasiyası Nijeqorod Vilayəti Arbitraj Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qərarından məlum olur ki, "xxxx" şirkəti müqavilənin şərtlərini pozmuş və vaxtında öhdəliyinə götürdüyü malları qabaqcadan ödəniş edilməsinə baxmayaraq göndərməmişdir.Bu fakt hüquqi şəxs "xxxx" MMC-nin əməlində inzibati xətanın tərkibinin olmamasını bir daha sübut edir. Məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-16/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-16/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver