Məhkəmə qərarları › İş №3(011)-160/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-160/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-160/2021 27.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X4 iştirakı ilə, X4 Qaradağ RPİ 10-cu Polis Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə təyin edilməsi barədə Qaradağ RPİ 10-cu Polis Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, yuxarıda göstərilən ünvanda faktiki qeydiyyatdaydır, Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində fərdi mağazada fəaliyyət göstərir. Bakı şəhəri Qaradağ RPİ 10-cu Polis Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 211.1 -ci maddəsi ilə 200 manat cərimə edilmişdir. Həmin qərardan narazıdır, hesab edir ki, qərar inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmiş, hüquqları kobud şəkildə pozulmuşdur. İlk növbədə qeyd etmişdir ki, 10-cu PB-nin barəsindəki materialın Sabunçu rayon icra və probasiya şöbəsinə göndərilməsi və həmin şöbənin bildirişini aldıqdan sonra qərarın surətini xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq əldə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən hesab edir ki, barəsində qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır, həmin şikayətinə aidiyyəti üzrə Xətai Rayon Məhkəməsində baxılmalıdır, qərardan şikayət vermə müddəti tərəfindən ötürülməmişdir. Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Lakin qərarda bu tələbə əməl edilməmiş, yalnız “karantin qaydalarını pozmuşdur” ifadəsi qeyd edilmiş, bu karantin qaydalarının pozulması dedikdə nə başa düşüldüyü, karantin qaydalarının pozulmasının özünü nədə ifadə etdiyi, hansı sübutla təsdiqini tapdığı göstərilməmişdir. Karantin qaydalarının tətbiq edildiyi müddətdə “Sədərək” TM-nin ərazisinə daxil olmaq üçün buraxılış vərəqəsi verilir və həmin vərəqənin özündə də xəbərdarlıq yazılmışdır ki, ticarət mərkəzinin ərazisində yalnız online satışa icazə var, açıq satış qadağandır. xx xxxxxxxx 2020-ci il tarixində buraxılış vərəqi əsasında “Sədərək” TM-nin ərazisində yerləşən fəaliyyət göstərdiyi mağazaya getmişdir. Orada çilçıraq satışı ilə məşğul olur. Neftçaladan verilmiş online sifariş əsasında malları qablaşdıraraq yük arabası ilə ticarət mərkəzinin çıxışına göndərmiş ki, orada taksi ilə ünvana çatdırılsın. Həmin vaxt mağazaya iki nəfər qadın daxil olmuş və alış-veriş etmək istədiklərini bildirmişlər. Bu zaman polis əməkdaşı mağazaya daxil olmuş. O, izah etmişdir ki, heç bir açıq alış-veriş həyata keçirməmişdir, mağazada olan kamera sönülü vəziyyətdədir, lakin ticarət mərkəzinin özünün kameraları işləyir, onun vasitəsi ilə baxaraq dediklərinin doğru olduğunu müəyyən edə bilərlər. Qadınlar da onun sözünü təsdiqləmişlər. Lakin polis əməkdaşı onların sözünə əhəmiyyət verməyib protokol tərtib etmişdir. Protokoldan narazı olsa da, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində nəzərdə tutulduğu qaydada inzibati xəta haqqında işə onun iştirakı olmadan qərar qəbul edilmiş, qərarın surəti isə Azərbaycan Respublikası İXM-nin 117.2-ci maddəsinin ziddinə olaraq ona təqdim edilməmişdir. Hesab edir ki, videogörüntülər məhkəmə qərarı əsasında ticarət mərkəzindən götürülə bilər, özünün belə sübutu təqdim etmək imkanı yoxdur. Yuxarıda qeyd etdiklərindən fərqli olaraq isə, inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X3 TM-də 17-ci sırada mağazada müştəriyə mal sataraq karantin qaydalarını pozmuşdur. İinzibati xəta haqqında protokolda mağazada müştəriyə mal sataraq karantin qaydalarını pozduğu göstərilsə də, İXM-nin istinad olunan maddələri ilə müəyyən edilmiş qaydada sübutar əldə edilməmiş, götürülməmiş, protokolda da göstərilməmişdir. Belə olan halda, inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmır, xəta varsa da, onu törədən şəxs müəyyən edilməmiş sayılır. Məhkəmə iclasında X8 şikayət ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Qaradağ RPİ 10-cu Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Qaradağ RPİ 10-cu Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Qaradağ RPİ 10-cu Polis Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə təyin edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə xx xxxxxxxx 2020-ci il tarixli 336 nömrəli qərarına əsasən 2020-ci il 30 sentyabr saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılmışdır. X1 şikayətində göstərdiyi xüsusat, yəni iri ticarət mərkəzində müştəriyə xidmət etməməsi özünü müdafiəsi kimi qiymətləndirilir. Belə ki ,o öz ifadəsində alış veriş etməsədə iki qadının mağazada olduqlarını dolayısı ilə etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimini pozmuşdur. Buna görə də Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşı bu faktı aşkar etdiyindən barəsində xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaradağ RPİ 10-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 Qaradağ RPİ 10-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar