Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1601/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6320/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən MN ******* nömrəli, 06 may 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6320/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-972/2010 saylı 19 mart 2010-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, cavabdeh Şəxsxx.xx.2000-ci il təvəllüdlü X5, xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün 18 yaşına çatanadək X2 xeyrinə hər ay hər uşağa görə sabit pul məbləğində 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment ödənilməlidir. İcra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və Şəxs icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6320/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 8482 manat aliment borcu ödənilməlidir. Bu səbəbdən də, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-972/2010 saylı 19 mart 2010-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, ondan xx.xx.2000-ci il təvəllüdlü X5, xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün 18 yaşına çatanadək X2 xeyrinə hər ay hər uşağa görə sabit pul məbləğində 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment ödənilməlidir. İşlə bağlı problemi olduğundan ödəniş edə bilməmişdir. Göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6320/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-972/2010 saylı 19 mart 2010-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, cavabdeh Şəxsxx.xx.2000-ci il təvəllüdlü X5, xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün 18 yaşına çatanadək onun xeyrinə hər ay hər uşağa görə sabit pul məbləğində 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment ödənilməlidir. Lakin Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını və yaranmış aliment borcunu öz aralarında həll edəcəklərini bildirmişdir. Bu səbəbdən də, Şəxs barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6320/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-972/2010 saylı 19 mart 2010-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, cavabdeh Şəxsxx.xx.2000-ci il təvəllüdlü X5, xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün 18 yaşına çatanadək X2 xeyrinə hər ay hər uşağa görə sabit pul məbləğində 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2018ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2018cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan zərərçəkmiş şəxs X2 06 may 2024-cü il tarixli ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmışdır, bunu nəzərə alaraq hazırki inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1601/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1601/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver