Məhkəmə qərarları › İş №3(011)-1602/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1602/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1602/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Qazax rayonu, Orta Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 20,M10,M1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-dən daxil olmuş 19 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 19 fevral 2025-ci il tarixdə işə gedərkən iş yoldaşı Rəşad Musayev ilə birlikdə Xətai rayonu, Zığ şossesi ünvanında Socar yanacaq doldurma məntəqəsinin yaxınlığında **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilini digər maşınların arasında gizli xidmət aparmasını görmüş və yaxınlaşaraq gizli xidmət apardıqları üçün irad bildirmişdir. İradını çəkiliş aparmaqla bildirmişdir. Maşınını YPX-nın maşının önündə saxlamış, YPX əməkdaşı ona yaxınlaşmış, özümü təqdim etmədən aqressiv formada hədə qorxu ilə danışmışdır. Daha sonra bildirmişdir ki, maşını tərpətsə, barəsində cərimə tətbiq olunacaqdır. 102 xidmətinə zəng etmiş və YPX əməkdaşının gizli xidmət aparmasını, aqressiv formada onlarla danışmasını bildirmişdir. Daha sonra PPX əməkdaşları yaxınlaşmış, onları 36-cı Polis Şöbəsinə dəvət etmişdirlər. Polisə qarşı heç bir tabesizlik göstərməmişdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X4 bildirmişdir ki, 19 fevral 2025-ci il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmətdə olan zaman xüsusi göstərişlə patrul maşınına quraşdırılmış “E-patrul” xüsusi texniki vasitə ilə sürət həddini aşan sürücülərə qarşı mübarizə aparmaq məqsədi ilə Xətai rayonu, Zığ şossesi ünvanında radar tipli duruşda, yəni patrul avtomobili tərpənməz halda, heç bir ağac, beton lövhə olmadan sürət ölçmüşdür. **-SV-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” markalı nəqliyyat vasitə yan tərəflərində, yəni yolun hərəkət hissəsində saxlayaraq yol hərəkət qaydasını pozmaqla patrul avtomobilini, patrul avtomobilinin daxilini, xüsusi texniki vasitələrini telefon ilə çəkərək hədə-qorxu gələrək xidmətə və yol patrul xidmətinin iş rejiminə mane olmuşdur. Yol patrul xidməti təlimatından kənara çıxılmadığı halda polisin adına böhtan ataraq çəkiliş aparmış, polisin qanuni tələbinə tabe olmayaraq nəqliyyat vasitəsini tərk etməmişdir. Görüntüləri sosial şəbəkələrdə paylaşaraq hədə-qorxu gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə ünvanlanmış raportdan görünür ki, **- SV-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” markalı nəqliyyat vasitə yan tərəflərində, yəni yolun hərəkət hissəsində saxlayaraq yol hərəkət qaydasını pozmaqla patrul avtomobilini, patrul avtomobilinin daxilini, xüsusi texniki vasitələrini telefon ilə çəkərək hədə-qorxu gələrək xidmətə və yol patrul xidmətinin iş rejiminə mane olmuşdur. Yol patrul xidməti təlimatından kənara çıxılmadığı halda polisin adına böhtan ataraq çəkiliş aparmış, polisin qanuni tələbinə tabe olmayaraq nəqliyyat vasitəsini tərk etməmişdir. 19 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 19 fevral 2025-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polisin qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə¸ saat 08:50-də tutulmuşdur. Məhkəmə iclasında baxış keçirilmiş 2 ədəd diskdən görünür ki, şahid qismində dindirilmiş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X2 dedikləri bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport, 2 ədəd disk və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs 19 fevral 2025-ci il tarixdə Xətai rayon ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Yəhyayev X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli 19 fevral 2025-ci il tarixdə saat 13:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 19 fevral 2025-ci il tarix, saat 08:50-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar