Məhkəmə qərarları › İş №3(011)-1604/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1604/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1604/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, 00100-1216/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə ölkə ərazisinə Rusiya Federasiyasından 99EV488/99ZE860 qeydiyyat nişanlı avtomaşınla idxal edilmiş 100 ədəd bankomatlar üçün ehtiyyat hissələri Bakı Baş Gömrük İdarəsində **********2930 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə X5 Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə 99EV488/99ZE860 qeydiyyat nişanlı avtomaşınla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib etdiyi və gömrük orqanına elektron qaydada verildiyi **********0856 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci qrafasında yük nəqliyyat vasitəsinin qeydiyyat nişanını 99EV488/99ZE860 kimi bəyan etməli olduğu halda, 99RT483/99ZC941 kimi qeyd etməklə gömrük orqanına təhrif olunmuş məlumat verdiyi müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutlmuş inzibari xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Şəxs MMC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, R.Y.Bağırov həmin izahatında hüquqi şəxs tərəfindən gömrük qaydalarının pozulduğunu etiraf edərək göstərmişdir ki, gömrük orqanına qəsdən təhrif olunmuş məlumat verməmişlər. Beləki, Şəxs MMC-nin ünvanına 99EV488/99ZE860 dövlət qeydiyyat nişanlı avtomaşınla Rusiya Federasiyasından göndərilən 100 ədəd bankomatların ehtiyat hissələri üçün xx.xx.2020-ci il tarixdə **********0856 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək gömrük orqanına verilmişdir. Qısa idxal bəyannaməsi mallar barədə göndərilən CMR sənədi əsasında tərtib edilmişdir. Onlara elektron poçt vasitəsi ilə göndərilən sənədlərə əsasən mallar ölkə ərazisinə 99RT483/99ZC941 qeydiyyat nişanlı avtomaşınla daxil olmalı olduğu halda, malları daşıyan nəqliyyat şirkəti yük nəqliyyat vasitəsini 99EV488/99ZE860 qeydiyyat nişanlı avtomaşına dəyişmiş, lakin bu barədə Şəxs MMC-nə məlumat verməmişdir. Avtomaşın ölkə ərazisinə daxil olduqdan sonra onlara məlum olmuşdur ki, nəqliyyat vasitəsi qısa idxal bəyannaməsində qeyd edilən avtomaşın deyildir; Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat Şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, 00100-1216/20 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə ölkə ərazisinə Rusiya Federasiyasından 99EV488/99ZE860 qeydiyyat nişanlı avtomaşınla idxal edilmiş 100 ədəd bankomatlar üçün ehtiyyat hissələri Bakı Baş Gömrük İdarəsində **********2930 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə X5 Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə 99EV488/99ZE860 qeydiyyat nişanlı avtomaşınla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib etdiyi və gömrük orqanına elektron qaydada verildiyi **********0856 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci qrafasında yük nəqliyyat vasitəsinin qeydiyyat nişanını 99EV488/99ZE860 kimi bəyan etməli olduğu halda, 99RT483/99ZC941 kimi qeyd etməklə gömrük orqanına təhrif olunmuş məlumat verdiyi müəyyən edilmiş və bu səbəbdən də hüquq şəxs Şəxs MMC-nin barəsində İXM-nin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs xx.xx.2020-ci il tarixdə X5 Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə 99EV488/99ZE860 qeydiyyat nişanlı avtomaşınla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib etdiyi və gömrük orqanına elektron qaydada verildiyi **********0856 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci qrafasında yük nəqliyyat vasitəsinin qeydiyyat nişanını 99EV488/99ZE860 kimi bəyan etməli olduğu halda, 99RT483/99ZC941 kimi qeyd etməklə gömrük orqanına təhrif olunmuş məlumat vermişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar