Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1605/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə xx xxx 2020-ci il tarixli, 00100-0729/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs İran İslam Respublikasından ******* nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 91B551/91B552 nömrə nişanlı yük avtomobilində xx xxx 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçirməklə idxal etdiyi yüklərə dair gömrük orqanına mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, xx xxx 2020-ci il tarixdə elektron formada təqdim etdiyi **********5452 sorğu nömrəli qısa idxal bəyannaməsinə əlavə edilmiş invoys sənədi, ixrac bəyannaməsində göndərən ixracatçının adı “İRAN-X6” qeyd edilsə də, bu mallar gömrük ərazisinə gətirildikdən sonra xx xxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6983 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirərkən təqdim etdiyi göndərənin ixracatçının adı “ALMAS KAVİRE YAZ” qeyd olunmuş eyni nömrəli invoys sənədini təqdim edərək özündə fərqli rekvizitləri əks etdirən eyni sənədi gömrük orqanına verməklə mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2020-ci il tarixli, 34/012/014611 nömrəli raport, **********5452 sorğu nömrəli qısa idxal bəyannaməsi və **********6983 sorğu nömrəli gömrük bəyannaməsi, həmin bəyannamələrə əlavə edilmiş sənədlər, xx.xx.2020-ci il tarixli xx/xx/014327 nömrəli, xx.xx.2020-ci il tarixli, xx/xx/014551 nömrəli ərizələr, Gömrük xidmətinin “X1 sistemi” informasiya resursundan “malların çatdırılması və boşaldılmasına dair” çıxarış və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 34/012/014611 nömrəli raportundan görünür ki, ünvanına 91B55110/91B55210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş yükə **********46983 saylı gömrük bəyannaməsi tərtib edilmiş, gömrük bəyannaməsinin yoxlanması zamanı bəyannamədə, **********5452 saylı QİB-də, təqdim edilmiş CMR-də, müqavilədə, mənşə sertifikatında göndərən kimi X6 qeyd edildiyi halda, xx.xx.2020-ci il tarixli, ******* saylı invoysda göndərən kimi X3 qeyd edilmişdir; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi İbrahimli Zamiq Mübaşir oğlunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, Z.M.İbrahimli həmin izahatında göstərmişdir ki, İran İslam Respublikasında fəaliyyət göstərən X7 şirkəti ilə müqavilə bağlanmış, bu müqavilə əsasında ünvanına İran İslam Respublikasından 91B551/91B552 nömrə nişanlı yük avtomobilində yüklər gətirilmişdir. Yüklərə dair əvvəlcə ona invoys, CMR, ixrac bəyannaməsi və digər sənədlər göndərilmiş, bu sənədləri brokerə göndərmiş, broker bunun əsasında **********5452 sorğu nömrəli qısa idxal bəyannaməsini tərtib etmişdir. Mallar Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilərkən göndərənin adının səhv olduğu onlara bildirilmiş, o, göndərən şəxslə əlaqə yaradıb sənəddə düzəliş etdirmiş və bu barədə BBGİ-yə müraciət etmişdir. Gömrük orqanına təqdim edilən bəyannamədə göndərənin adının səhv qeyd olunması onun ilk əvvəl göndərilən sənədlərə diqqətsizliyi ilə əlaqədar olmuşdur. Çünki, ilk əvvəl göndərilən sənəddəki şirkət ilə heç bir müqaviləsi olmamışdır. Gömrük orqanına ödənişlərin məbləğinə təsir etməyən yalnış məlumatların verildiyini etiraf etmişdir; Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 485.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, 00100-0729/20 nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs İran İslam Respublikasından ******* nömrəli, xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 91B551/91B552 nömrə nişanlı yük avtomobilində xx xxx 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçirməklə idxal etdiyi yüklərə dair gömrük orqanına mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, xx xxx 2020-ci il tarixdə elektron formada təqdim etdiyi **********5452 sorğu nömrəli qısa idxal bəyannaməsinə əlavə edilmiş invoys sənədi, ixrac bəyannaməsində göndərən ixracatçının adı “İRAN-X6” qeyd edilsə də, bu mallar gömrük ərazisinə gətirildikdən sonra xx xxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6983 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirərkən təqdim etdiyi göndərənin ixracatçının adı “ALMAS KAVİRE YAZ” qeyd olunmuş eyni nömrəli invoys sənədini təqdim edərək özündə fərqli rekvizitləri əks etdirən eyni sənədi gömrük orqanına verməklə mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları verdiyindən hüquq şəxs Şəxs MMC-nin barəsində İXM-nin 482.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1605/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1605/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver