Məhkəmə qərarları › İş №3(011)-1605/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1605/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1605/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4519/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4518/2018 saylı, 29 avqust 2018-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7815/2016 saylı, 11 avqust 2016-cı il tarixli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 132/2016 saylı, 04 may 2016-cı il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2057/2021 saylı, 17 mart 2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru İsrafilov Orxan tərəfindən 06 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru İsrafilov Orxan məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4519/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4518/2018 saylı, 29 avqust 2018-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7815/2016 saylı, 11 avqust 2016-ci il tarixli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-132/2016 saylı, 04 may 2016-cı il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2057/2021 saylı, 17 mart 2021ci il tarixli icra sənədlərinə əsasən, Şəxs icra məmurunun tələblərini icra etməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4519/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs 3693,3 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3723,3 manat məbləğində pul alınaraq X3 verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4518/2018 saylı, 29 avqust 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4845 manat məbləğində pul, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 4875 manat məbləğində pul alınaraq X8 verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7815/2016 saylı, 11 avqust 2016-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs X4 xeyrinə 1408 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 132/2016 saylı, 04 may 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs iddiaçı X1 xeyrinə 1000 manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2057/2021 saylı, 17 mart 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 17 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 440 manat ödənilmiş hissə, 44 manat cərimə pulu, ümumilikdə 484 manat, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 504 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Maddi cəhətdən imkanı olmadığı üçün borclarını ödəyə bilməmişdir. Lakin borclarını hissəhissə ödəyəcəyini bildirmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7815/2016 saylı, 11 avqust 2016-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs X4 xeyrinə 1408 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 07 sentyabr 2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 07 sentyabr 2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-132/2016 saylı, 04 may 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs iddiaçı X1 xeyrinə 1000 manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Pirallahı Rayon İcra Şöbəsinin 20 aprel 2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinin 20 aprel 2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4518/2018 saylı, 29 avqust 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4845 manat məbləğində pul, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 4875 manat məbləğində pul alınaraq X8 verilməlidir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 08 noyabr 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 08 noyabr 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4519/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs 3693,3 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3723,3 manat məbləğində pul alınaraq X3 verilməlidir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 12 dekabr 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 12 dekabr 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2057/2021 saylı, 17 mart 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 17 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 440 manat ödənilmiş hissə, 44 manat cərimə pulu, ümumilikdə 484 manat, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 504 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 17 may 2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 17 may 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Borclunun axtarışı haqqında 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Borclunun axtarışı haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Borclunun axtarışı haqqında 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar