Məhkəmə qərarları › İş №3(011)-1608/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1608/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1608/2020 01.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, 00100-1216/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında qeydiyyatda olan Şəxs ünvanına Türkiyə Respublikasından xx xxxx 2020-ci il tarixdə saat 16:15-də X6 Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 99VU447/99ZE552 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş malların **********2572 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Bu fakt xx.xx.2020-ci il tarixli, 34/012/016733 saylı raport, **********2572 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi, X1 Sistemi (VAİS) informasiya resursuna baxış keçirilməsi haqqında protokol, “VAİS” informasiya resursundan çıxarış, hüquqi şəxsin nümayəndəsi X2 izahatı ilə təsdiq edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 34/012/016733 nömrəli raportundan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2020-ci il tarixində 99VU447/99ZE552 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********2572 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi vaxtında tərtib olunmamışdır; Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli, **********2572 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilib-verilməməsinin müəyyən edilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilmiş, baxış zamanı, Bakı Baş Gömrük İdarəsində **********2572 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların 99VU447/99ZE552 nömrə nişanlı yük avtomaşını ilə xx xxxx 2020ci il tarixdə saat 16:15-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi, malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilənədək qanunla müəyyən edilmiş qaydada qısa idxal bəyannaməsinin gömrük orqanına verilmədiyi, malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx xxxx 2020-ci il tarixdə saat 17:04-də gömrük orqanına elektron formada **********2863 sorğu nömrəli qısa idxal bəyannaməsi verildiyi müəyyən edilmişdir; Şəxs MMC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, V.Ş.Vahidov həmin izahatında hüquqi şəxs tərəfindən gömrük qaydalarının pozulduğunu etiraf edərək göstərmişdir ki, Şəxs MMC-nin ünvanına xx xxxx 2020-ci il tarixdə Türkiyə Respublikasından 99VU447/99ZE552 nömrə nişanlı yük avtomaşını ilə ayaqqabı hissələri yükü daxil olmuş, sözügedən mallar Bakı Bas Gömrük İdarəsində **********2572 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəvan edilmiş, şirkətdə işlərin çoxluğu ilə əlaqədar olaraq qısa idxal bəyannaməsinin tərtib edilməsi diqqətdən yayınmışdır. Bu səbəbdən də qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar ölkə ərazisinə daxil olduqdan sonra **********2863 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilmiş və gömrük orqanına verilmişdir; Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, 00100-1216/20 nömrəli protokoldan görünür ki, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında qeydiyyatda olan Şəxs ünvanına Türkiyə Respublikasından xx xxxx 2020-ci il tarixdə saat 16:15-də X6 Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 99VU447/99ZE552 nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş malların **********2572 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmiş və bu səbəbdən də hüquq şəxs Şəxs MMC-nin barəsində İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs ünvanına 99VU447/99ZE552 nömrə nişanlı yük avtomaşını ilə gələn malların **********2572 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idaxl bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar