Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1615/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi ilə, X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan və X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 və X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın və Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan və X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, X6 və X5 ayrı-ayrı inzibati tənbeh vermə qərarlardan bir şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Halbuki onlar hər biri ayrı-ayrılıqda şikayət verməli idilər. Bundan başqa X6 və X5 tərəfindən mübahisə edilən qərar şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə belə hesab edir ki, X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın və X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın və X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X4 və X3 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1615/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1615/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver