Məhkəmə qərarları › İş №3(011)-1616/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1616/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1616/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxslər X2 və X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında inzibati binada qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 18 aprel 2023-cü il, MN1476909 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı Şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-10774/15 saylı, xx.xx.2015 tarixli, Xətai rayon Məhkəməsinin 2(011)-1369/13 saylı, xx.xx.2013 tarixli, Xətai rayon Məhkəməsinin 2(011)- 6924/12 saylı, xx.xx.2021 tarixli, Xətai rayon Məhkəməsinin 2(011)-1920/12 saylı, xx.xx.2012 tarixli və Xətai rayon Məhkəməsinin 2(011)-1051/11 saylı, xx.xx.2011 tarixli sənədləri ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqələrini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda tələbkar X5 xeyrinə 4500 manat borc və 30 manat dövlət rüsumu, "xxxx" ASC xeyrinə 679 manat pul, "xxxx" ASCnin xeyrinə 1152 manat faiz borcu, 200 manat dəbbə pulu və ödənilmiş 20 manat dövlət rüsumu, 2734 ABŞ dolları "xxxx" MMC-yə ödənilməli olan borc təşkil edir. Bununla əlaqədar olaraq borclunun axtarışı elan olunmuş və müvafiq qərar icra olunması üçün aidiyyatı üzrə göndərilmişdir. Həmin qərarın icrası təmin olunmuş, Şəxs icra şöbəsinə gətirilmiş və orada protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilova X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, barəsində tərtib edilmiş protokol ilə tamamilə razıdır. Onun bütün borcları ödəmək fikri vardır. Lakin, hal-hazırda evi ilə bağlı Ali Məhkəməsinin icraatındadır. Qeyd edilən mübahisə həll edildikdən sonra evi satıb tələbkarlara olan borcunu bağlayacaqdır. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1369/13 saylı 04 aprel 20313-cü il tarixli icra sənədinə əsasən Şəxs 4500 manat pul ona ödəməldir. Qeyd olunanların nəzərə alınaraq, Şəxs ilən bağlı həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6924/2021 saylı xx.xx.2021 saylı icra sənədinə əsasən Şəxs 3280 manat pul ona ödəməldir. Qeyd olunanların nəzərə alınaraq, Şəxs ilən bağlı həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2013-cü il tarixli, 2(011)-1369/2013 saylı icra sənədindən görünür ki, 4500 manat pul cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. icraata başlama haqqında xx.xx.2013-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2013-cü il tarixli, 2(011)-1369/2013 icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6924/2021 saylı icra sənədindən görünür ki, 3280 manat pul cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(011)-6924/2021 icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2012-ci il tarixli, 2(011)-1920/2012 saylı icra sənədindən görünür ki, 1345 manat pul cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. icraata başlama haqqında xx.xx.2012-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2012-ci il tarixli, 2(011)-3978/2012 icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2011-ci il tarixli, 2(011)-1051/2011 saylı məhkəmə əmrindən görünür ki, 669 manat pul cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. icraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2011-ci il tarixli, 2(011)-1051 icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli, 2(011)- 10774/2015 saylı məhkəmə əmrindən görünür ki, 2566 ABŞ dolları cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. icraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-10774 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 10774/15 saylı, xx.xx.2015 tarixli, Xətai rayon Məhkəməsinin 2(011)-1369/13 saylı, xx.xx.2013 tarixli, Xətai rayon Məhkəməsinin 2(011)-6924/12 saylı, xx.xx.2021 tarixli, Xətai rayon Məhkəməsinin 2(011)-1920/12 saylı, xx.xx.2012 tarixli və Xətai rayon Məhkəməsinin 2(011)-1051/11 saylı, xx.xx.2011 tarixli sənədlərin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Xəlilova X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Şəxs borcu ödəmək üçün hər hansı bir hərəkət etməmiş, məhkəmə qərarının icrasından yayındığı üçün barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Xəlilova X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Xəlilova X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 18 aprel 2023-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar