Məhkəmə qərarları › İş №3(011)-1619/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1619/2020

28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1619/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X1 iştirakları ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə xx xxxx 2020-ci il tarixli, 13000-0629/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 34/012/002685 saylı raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, ixracatçı Rusiya Federasiyasının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına göndərilən “Nafta” (stabil qaz benzini) malı Baş İdarədə xx.xx.2020-ci il tarixli, **********4862 saylı gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmişdir. Lakin qeyd edilmiş raporta əlavə edilmiş sərhədkeçmə məlumatlarının əks edildiyi sənədlərdən müəyyən olunmuş ki, həmin mallar Azərbaycan Respublikasının gömrük sərhədini vaqonlar vasitəsilə aralıqlarla xx.xx.2020-ci il, xx.xx.2020ci il tarixlərdə keçmişdir. Buna baxmayaraq **********4862 saylı gömrük gömrük bəyannaməsi üzrə malların rəsmiləşdirmə prosesi xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Lakin, hüquqi şəxs tərəfindən təqdim edilmiş **********4862 saylı gömrük bəyannaməsinin tarixindən görünür ki, həmin bəyannamə müvafiq qərarda göstərilən müddəti pozmaqla təqdim edilmişdir. İXM-in 493-cü maddəsinə əsasən gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Nəticədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutlmuş inzibari xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X3 inzibati xətanın törədildiyini etiraf edərək bildirdi ki, ixracatçı Rusiya Federasiyasının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx’’ ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına “Nafta” (stabil qaz benzini) malı göndərilmişdir. Sözügedən mal Azərbaycan Respublikasının sərhədini xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərində keçsə də, həmin vaxt Heydə Əliyev adına “X10”nda həmin malın saxlanılması üçün kifayət qədər rezervuar olmamış bu səbəbdən Azərbaycan Respublikası dövlət Neft Şirkətinin Şəxs malı yerləşdirə bilməmişdir. Nəticədə müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət pozulmuşdur Qərar qəbul olunarkən, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Cümşüd Əsgərovun xx.xx.2020-ci il tarixli raportundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və iqtisadi Əməliyyatlar" İdarəsinin ünvanına gələn yük xx.xx.2020-ci il tarixdə təqdim edilmiş **********4862 saylı bəyannamə ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı Qərarının 3.6-cı bəndinə əsasən **********4862 saylı gömrük bəyannaməsi vaxtında təqdim edilməmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat Bölməsinin böyük təhqiqatcısı, gömrük xidməti leytenantı X5 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, 13000-0629/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlər Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən hüquq şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına göndərilən mallar xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının gömrük sərhədini keçməsinə baxmayaraq malların rəsmiləşdirilmə prosesi xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Bununla da hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar