Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1619/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin polis tədqiqatçısı polis leytenantı X2, Şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin polis tədqiqatçısı, polis kapitanı Anar Xəlilovun iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı çəh., Cavanşir küç, ev 23, m.3 da doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, eyni ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-dən daxil olmuş 19 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə oyaq sürücü fəaliyyəti ilə məşğul olduğu üçün müştəri ardınca gedərkən Meqa store marketin qarşısında keçən zaman **-FX-*** nömrəli maşın onu az qalsın vururmuş, qaranlıqda o qorxmuş və maşını idarə edən polis nəfəri ilə aqressiv danışmış, polis əməkdaşı ilə arasında münaqişə baş vermiş və onu 36-cı polis bölməsinə gətirmişlər. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək X3 İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin polis tədqiqatçısı, polis kapitanı Anar Xəlilov izahat verərək bildirdi ki, 18 aprel 2023-cü il tarixdə saat 22:55 radələrində inzibati ərazidə şəxsi maşını ilə gedən zaman bir nəfər şəxsin avtomobil yolunun hərəkət hissəsi ilə gedərək avtomobillər üçün təhlükə yaratdığını görüb ehmalca vətəndaşın yanında saxlayıb yolun hərəkət hissəsindən piyada səkisi ilə getməyini bildirdikdə sonradan adının Şəxs olduğunu bildiyi vətəndaş onu xidməti geyimində görüb daha da səsini yüksəldərək “sözün var düş aşağı” deyərək hədələr edib “mən indiyənədək neçə polis işçisinin başına oyun açmışam” deyib “indi gör sənin də başına necə oyun açacağam” deyə hədələdiyindən polis əməkdaşlarından kömək istədim. Kömək gəldikdə belə vətəndaş qışqır bağırlarını daha da artıraraq üzərinə gəlib ona əl qaldırdığını görüb polis əməkdaşına və ictimaiətə qarşı açıq hörmətsizlik, polisin qanuni tələbinə əməl qoymayaraq tabesizlik görsətdiyindən həmin vətandaşı patrul avtomobili ilə 36-cı PB-ə gətirdik. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai RPİ-nin 36-cı Polis Bölməsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs polis əməkdaşlarının tələblərinə tabe olmayıb və onlarla kobud rəftar etmiş, X6 polis əməkdaşları tərəfində 36-cı Polis Bölməsinə aparılmışdır; 19 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polis əməkdaşlarının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdi; inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polis əməkdaşlarının ictimai qaydanı pozmaması və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, İsazadə X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmanlığını, yaşını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 ( yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hacıyeva Sülhanə
Məhkəmə qərarları › İş №3(011)-1619/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1619/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver