Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-162/2021 27.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq X4 və Xətai RPİ 34-cü Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İş materiallarından görünür ki, X4 tərəfindən verilmiş şikayət ərizəsi təxminən 07 ay 20 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətin icraata qəbulundan imtina olunmalı və geri qaytarılmalıdır. X3 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-162/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-162/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver