Məhkəmə qərarları › İş №3(011)-1626/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1626/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1626/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Xidmətinin aparıcı məsləhətçisi Süleyman Məmmədov tərəfindən Şəxs 08 aprel 2022-ci il tarixində saat 06:30 radələrində Bakı şəhəri Xətai rayonu H.Aslanov metrostansiyası yaxınlığında “Mercedes” markalı VE-403-EV dövlət qeydiyyat nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti göstərməsi aşkarlanmış və sürücü qanunla müəyyən edilmiş tələb olunan sənədləri əməkdaşa təqdim etməmişdir. Buna görə Şəxs barəsində 08 aprel 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə, işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, şahidlərin iştirakı ilə prtokol tərtib edilmişdir. Şəxs tələb olunan sənədlərin təqdim etməməsini şahidlər A.İsgəndərov və H.Atayev təsdiq etmişlər. Şəxs sənədləri təqdim etməməsini inkar etməyərək protokola imza etmişdir. Məhkəmə, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan X2 Xidmətinin məsləhətçisi Süleyman Məmmədov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 aprel 2022-ci il tarixində saat 06:30 radələrində Bakı şəhəri Xətai rayonu H.Aslanov metrostansiyası yaxınlığında “Mercedes” markalı VE-403-EV dövlət qeydiyyat nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması aşkar edilmiş, sürücü Şəxs tələb olunan sənədləri təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar