Məhkəmə qərarları › İş №3(011)-1631/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1631/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1631/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair xx xxxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:15 radələrində Bakı şəhəri, ünvan 2 saylı binanın dəhlizində Şəxs X4 əli ilə vuraraq ona sağ gözaltı, sol yanaq və döş qəfəsi nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcələri təyin olunmayan xəsarət yetirmişdir. Bununla da, Şəxs, X1 zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, axşam saat 22:15 radələrində ünvan 2 ünvanında yerləşən yaşadıqları yataqxananın hamı üçün nəzərdə tutulmuş giriş qapısı qonşusu X5 tərəfindən təpiklə bərk döyüldüyü üçün narahat olmuş, koridora çıxaraq Elmira Səttərova ilə söhbət edən zaman aralarında yaranan mübahisə zəminində dava-dalaş etmiş, dava zamanı əsəbləşərək qəsdən Elmira Səttərovanın sifət və boğaz nahiyələrindən əli ilə vurmuşdur. Elmira da öz növbəsində onu itələyərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs Elmira Səttərova ilə barışıq əldə etməmişdir, əməlindən peşman olduğınu qeyd edərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saat 22:15 radələrində yaşadıqları ünvan 2 ünvanında yerləşən yataqxananın hamı üçün nəzərdə tutulmuş giriş qapısını döyərək atası Hacıağa Səttərovun yaşadığı mənzilə daxil olan zaman qonşuluqda yaşayan Şəxs qapını nə üçün bərk döyməsini ona irad bildirməsi səbəbindən aralarında yaranan mübahisə zəminində Şəxs onun sifət və boyun nahiyələrindən əli ilə və qapının arxasında olan taxta parçası ilə vuraraq ona xəsarət yetirmişdir. Şəxs ilə barışmaq istəmiş, lakin Leyla onunla barışmadığı üçün o da, barışmadığını qeyd edərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin baç təhqiqatçısı Fərid Abbasovun cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbir görülməsi üçün qərarın surəti aidiyyatı əməkdaşlara göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 209 saylı rəyindən görünür ki, X2 gözaltı, sol yanaq və döş qəfəsi nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilmiş xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 210 saylı rəyindən görünür ki, Şəxs başın sağ təpə-ənsə nahiyəsinin dərialtı hematoması, alt və üst dodağın, döş qəfəsinin ön səthinin, sol bazunun sıyrıqları, sağ bazunun, sağ saidin, sol saidin, sağ baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilmiş xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər aid edilir. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəyini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olması müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar