Məhkəmə qərarları › İş №3(011)-1633/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1633/2020

28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1633/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Hüquqi şəxs «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialıbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, 00100-1104/20 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,«MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı xx xxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4368 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Türkiyə Respublikasından 52-ABB-705, 52-AAC-723 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, **********8840 sörğu nömrəli qısa idxal bəyannaməsini mallar xx.xx.2020-ci il tarixdə saat 03:39-da Qərb Ərazi Baş Gömrük İdaərisinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Rspublikasının gömrük ərazisinə gətirildikdən sonra, xx.xx.2020-ci il tarixdə saat 11:04-də gömrük orqanına elektron formada verərək, həmin malları Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Nəticədə «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/011900 nömrəli, xx.xx.2020-ci il tarixli raport, **********4368 sorğu nömrəli gömrük bəyannaməsi, Gömrük xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxx 2020-ci il tarixli, 34/012/011900 nömrəli rapotrdan görünür ki, «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı ünvanına xx.xx.2020-ci il tarixdə saat 03:39-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə Türkiyə Respublikasından 52-ABB-705, 52- AAC-723 nömrəli nəqliyyat vasitəsi ilə daxil omuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir; Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 şöbəsinin böyük təhqiqatçısı, kömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, 00100-1104/20 nömrəli protokoldan görünür ki, «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı ünvanına 52-ABB-705, 52-AAC-723 nömrəli nəqliyyat vasitəsi ilə gələn yüklər **********4368 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair qısa idaxl bəyannaməsi verilməmişdir; «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 tərəfindən Bakı Baş Gömrük İdarəsinə verilmiş izahatdan görünür ki, K.K.Cabbarov həmin izahatında, malları göndərən şirkət tərəfindən həmin mallara dair sənədlərin gec təqdim edildiyini, bu səbəbdən də **********4368 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə dair qısa idxal bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair qısa idxal bəyannaməsinin gecikdirilərək verildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialının ünvanına 52-ABB-705, 52-AAC-723 nömrəli nəqliyyat vasitəsi ilə gələn yüklər **********4368 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etmiş idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair qısa idaxl bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «MGM X5 X4 Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar