Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1635/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi ilə X1 Baş Dövlət Yol Polis İdarəsinin 30.10.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin 30.10.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X1 yaşayış yeri Qəbələ rayonu, Mamaylı kəndidir. İnzibati xəta isə Bakı-Ələt yolu 64.2 km.də baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, məhkəmə belə hesab edir ki, inzibati xəta Xətai rayonu ərazisində törədilmədiyindən və X1 yaşayış yeri Qəbələ rayonu olduğundan Baş Dövlət Yol Polis İdarəsinin 30.10.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından dair şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 Baş Dövlət Yol Polis İdarəsinin 30.10.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X3 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1635/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1635/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver