Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1643/2021 03.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin müdafiəçisi Vəkil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Hüquqi şəxs Şəxs MMC barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 08 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, hüquqi şəxs tərəfindən 6 nəfər işçi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarı ilə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09.06.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 3(011)-1643/2021 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirdi ki, Şəxs MMC-nin işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməməsi halı müəyyən edilmişdir. Ona görə də Şəxs MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin müdafiəçisi Vəkil bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti tərəfindən onlara protokol tərtib olunacağı barədə hər hansı bir məlumat verilməmiş və onlar həmin protokolun tərtibində iştirak etməmiş, inzibati xəta haqqında protokolun surəti verilməmiş, həmçinin həmin protokol tərəflərindən imzalanmamışdır. Həmin protokol hələ də onlara təqdim edilməmiş, protokol barədə məlumatlar poçt vasitəsi ilə təqdim edilmiş qərardan əldə etmişlər. Digər tərəfdən, İcbari Sığorta Bürosunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə etdiyi 11.12.2020-ci il tarixli müraciətinin məzmunundan aydın olur ki, Şəxs tərəfindən 6 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi 11.12.2020-ci il tarixində əvvəl baş vermiş, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti isə nədənsə həmin inzibati xəta pozuntusuna dair məlumat ona 11.12.2020-ci il tarixdə daxil olsa da, yalnız 08.04.2021-ci il tarixdə həmin xəta üzrə materiala baxmaq və protokol tərtib etmək, 20.04.2021-ci il tarixdə isə qərar qəbul etmək qərarına gəlmişdir. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər və bu müddət ötürülərək 08 aprel 2020-ci ildə tərtib edilmiş protokol 2021-ci il aprel ayında məhkəməyə göndərilmiş, lakin məhkəmə bu halı nəzərə almayaraq əsassız olaraq iş üzrə cərimə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Həmin dövr ərzində inzibati xəta hadisəsi mövcud olmamış, yəni işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları baş verməmişdir. Digər tərəfdən, onlar hüquqi şəxs olaraq həmin məsuliyyətdən yayınmırlar və bunu məhkəmə baxışı zamanı bildirmişlər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan İcbari Sığorta Bürosunun X4 Xidmətinə ünvanlandığı 11.12.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən xitam verilmiş müqavilələr üzrə araşdırma həyata keçirilmişdir. İnformasiya sistemində qüvvədə olan müqavilələrin siyahısını və sığorta haqqı ödənişləri ilə bağlı məlumatları təqdim etmişdir. İş materiallarından da görünür ki, "xxxx" ASC-nin X4 Xidmətinə ünvanlandığı 26.10.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat bu il ərzində sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada tərəflərindən xitam verilmişdir. Xitam olunmuş müqavilələrin hal-hazırda digər həyat sığortası təşkilatlarında sığortalı olub-olmamasını bilmədikləri üçün bu barədə dəqiq məlumat verə bilmirlər. Tərəflərindən tərtib edilmiş siyahıda Şəxs adı da siyahıya əlavə edilmişdir. Həmin siyahı ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı 26 oktyabr 2020-ci il tarixdə aşkar olunmuşdur.Tərtib olunmuş MN ******* saylı protokolda inxibati xəta törədilməsi faktını təsdiq edilməsinin məhz İcbarı Sığorta Bürosunun 11.12.2020-ci il tarixli 10-OQ /956/20 nömrəli məktub olması göstərilmişdir.Bu xüsusat inzibati xətanın aşkara çıxdığı vaxtı müəyyən edir və bir daha təsdiq edir ki, xətanın aşkara çıxdığı vaxt 11.12.2020-ci il tarixdir.Göründüyü kimi inzibatı məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1643/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1643/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver