Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1653/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X4 Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 24.02.2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli X11 haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 24.02.2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, 1-ci Yaşıl Ada küçəsində yerləşən direktor vəzifəsini icra etdiyi "xxxx" MMC-in ofisində işdə olan zaman tibbi maskadan tam düzgün formada istifadə etdiyi halda Xətai Rayon Polis İdarəsinin 37-ci PŞnin polis sahə rəisi X12 ondan ad, soyadını soruşdu, o da özünü ona təqdim etdi. Bundan sonra adı qeyd olunan polis əməkdaşı iş yerindən uzaqlaşdı. Təxminən 02 (iki) saatdan sonra ona sms gəldi ki, AR İXM-nin 211.1-ci maddəsi ilə 4000 (dörd min) manat cərimə tətbiq olunub. Bildirmək istəyir ki, o, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmamışdır. Onunla bağlı hər hansı bir araşdırma aparılmadan, izahatı alınmadan əsassız olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin polis sahə rəisi X12 tərəfindən AR İXM-nin 211.1-ci maddəsi ilə 4000 (dörd min) manat miqdarında cərimə olunmuşdur. X10 iş üzrə qərarla razı deyil. Hesab edir ki, həmin qərar obyektiv deyil və əsassızdır. Buna görə də barəsində əsassız olaraq tərtib edilmiş X11 Haqqında Qərar ləğv edilməli və iş üzrə icraat xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai RPİ 37-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai RPİ 37-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 24.02.2022-ci il tarixli EXP seriyalı ******* nömrəli X10 protokoldan görünür ki, 24.02.2022ci il tarixdə Xətai rayonu, Ağ Şəhər "xxxx" MMC-də X2 Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 24.02.2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli X11 haqqında qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat cərimə edilmişdir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən X10 iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan X10 protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində gösrərilmişdir ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materialında olan Xətai RPİ 37-ci Polis Bölməsinin sahə rəisi Əli Sadıqov tərəfindən qəbul edilmiş 24.02.2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli X11 haqqında qərardan görünür ki, işə baxılarkən müəyyən edilmiş hallar, xətanın mahiyyəti və əməlin nədən ibarət olması,törədilmiş inzibatı xətanı təsdiq edən sübutlar, törədildiyi yer və vaxt qərarda göstərilməmişdir. X3 fiziki şəxs kimi göstərilsədə, vəzifəli şəxs kimi cərimələnmişdir. Şəxsin vəzifəli şəxs statusunda olmasını təsdiq edən sənədə protokolda və qərarda istinad edilməmişdir. Qərarda və protokolda sübutlara istinad edilməmiş və sübutlar qiymətləndirilməmişdir. Protokol ciddi hesabat sənədi olmasına baxmayaraq hazırkı iş üzrə protokol natamam yazılmışdır. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti mütləq protokolda göstərilməlidir.Bundan başqa protokolda inzibati xəta törətmiş şəxsin izaatı alınmalıdır. Halbu ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən X10 iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X10 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X10 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 115.1.8-ci maddəsinə əsasən qərardan şikayət verilməsi müddəti və qaydası qərarda göstərilməlidir. Xətai RPİ 37-ci Polis Bölməsinin tərəfindən qəbul edilmiş 24.02.2022-ci il tarixli qərardan məlum olur ki, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması X10 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Xətai RPİ 37-ci Polis Bölməsinin 24.02.2022-ci il tarixli EPQ seriyalı ******* saylı X11 haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X4 şikayəti təmin edilsin. Xətai RPİ 37-ci Polis Bölməsinin 24.02.2022-ci il tarixli EPQ seriyalı ******* saylı X11 haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1653/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1653/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver