Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1658/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7694/2021 saylı, 21 dekabr 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən 08 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7694/2021 saylı, 21 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs 46447 manat və ödənilmiş dövlət rüsumunun 25,50 manat hissəsi tutularaq iddiaçı X2 ödənilməlidir. Hazırda isə Şəxs borcu 46472,50 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7694/2021 saylı, 21 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən ondan 46447 manat və ödənilmiş dövlət rüsumunun 25,50 manat hissəsi tutularaq iddiaçı X2 ödənilməlidir. O, 46447 manat vəsaitin 24412 manatını Rusiya Federasiyasından 25 dekabr 2023-cü il tarixdə X2 ödəmişdir. Həmçinin bildirmişdir ki, may ayının sonuna qədər ödəniş edəcək. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7694/2021 saylı, 21 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 46447 manat və ödənilmiş dövlət rüsumunun 25,50 manat hissəsi tutularaq ona ödənilməlidir. 46447 manat vəsaitin 24412 manatı 25 dekabr 2023-cü il tarixdə Şəxs tərəfinfdən ona ödəmişdir. Odur ki, qalan məbləğin ödənilməsi üçün Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7694/2021 saylı, 21 dekabr 2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 46447 manat və ödənilmiş dövlət rüsumunun 25,50 manat hissəsi tutularaq iddiaçı X2 ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında 13 sentyabr 2022-ci il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 8(011)-337/2023 saylı qərardaddan görünür ki, təqdimat təmin edilmiş, borclu Şəxs məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. X1 27 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, icra işi üzrə borclu Şəxs tərəfindən ödəməli olduğu 46447 manat vəsaitin 24412 manatı 25 dekabr 2023-cü il tarixdə ödənilmişdir. Qalan məbləğin ödənilməsi ilə bağlı tədbirlər görülməsini xahiş etmişdir. 12 mart 2024-cü il tarixli Şəxs ərizəsindən görünür ki, iddiaçı X3 cavabdeh olaraq o, Şəxs qarşı "Pul tələbinə" dair iddia qaldırmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsində iddia tələbi qismən təmin edilmiş və 2(011)-7694/2021 saylı qətnamə qət olunmuşdur. Qətnamədə qeyd olunmuşdur ki, cavabdeh Şəxs 46.447 manat və ödənilmiş 25.50 manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İşin icraatı Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarova verilmişdir. Bildirir ki, borclu olaraq o, Şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında tələbkarın Rusiya Federasiyasında olan bank hesabına 1.500000 RUR miqdarında, həmin günə AMB-nın rəsmi məzənnəsinə əsasən 24.412 manat pul köçürmüşdür. Bununla bağlı Tapşırıq köçürməsinin surətini ərizəsinə əlavə etmişdir. Həmçinin bildirir ki, xx.xx.2023-cü il tarixdə tələbkar X1 nümayəndəsi Şirinli Tofiq Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ərizə yazaraq xx.xx.2023-cü il tarixdə mən Şəxsr 24.412 manat vəsait ödədiyini bildirmişdir. Bildirir ki, qalan 22.035 manat məbləği 2024-cü il aprel ayının sonana kimi ödəməyi öhdəlik götürür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1658/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1658/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver