Məhkəmə qərarları › İş №3(011)-1663/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1663/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1663/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon DYPŞ-nin axtarış üzrə inspektoru, polis kapitanı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N saylı hərbi hissənin şəhərciyində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun 31.03.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 14.04.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 mart 2022-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ilə Y.Səfərov küçəsi istiqamətində yolun soldan 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən yolun solunda 1-ci hərəkət zolağında Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Rav 4” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından toqquşmuşdur. Nəticədə sürücü Zərərçəkmiş şəxs, X6 və X1 bədən xəsarətləri almışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 02 mart 2022-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ilə Y.Səfərov küçəsi istiqamətində yolun soldan 2-ci hərəkət zolağı ilə saatda təxminən 70 km sürətlə hərəkətdə olarkən qarşısında solda dayanmış “Toyota Rav 4” markalı avtomobillə toqquşmuşdur. Belə ki o, fikirləşmişdir ki, həmin avtomobil hərəkətdədir, lakin yaxınlaşan zaman həmin avtomobilin dayandığını görmüş və avtomobilini saxlamağa cəhd göstərsə də, “Toyota Rav 4” markalı avtomobilin arxasından toqquşmuşdur. Beləliklə, o, yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək qeyd etmişdir ki, o, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon DYPŞnin axtarış üzrə inspektoru, polis kapitanı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs zərərçəkmiş şəxslərin xəsarət almaları ilə nəticələnən yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin 14.04.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun 31.10.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ vasitəsilə Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; 02.03.2022-ci il tarixli 2/7608 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur; 02.03.2022-ci il tarixli 2/7613 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı ayıq olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 231 nömrəli 03 mart 2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın, alın və sağ gicgah nahiyələrinin dərialtı hematomaları fonunda sıyrıqları, hər iki baldırın sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilmiş 02.03.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 285 nömrəli 18 mart 2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş A.Y.Kitayqorodskayada baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol çiyin qurşağın yumşaq toxumalarının əzilməsi, sağ qaş üstü nahiyənin əzilmiş, cırılmış yarası və qaş altı nahiyənin kəsilmiş yarası müəyyən edilmişdir. Qeyd olunan xəsarətlərdən baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol çiyin qurşağın yumşaq toxumalarının əzilməsi, sağ qaş üstü nahiyənin əzilmiş, cırılmış yarası bərk küt əşyanın (əşyaların) və qaş altı nahiyənin kəsilmiş yarası isə kəsici kənarlı əşyanın təsirindən törənmişlər, qərarda göstərilmiş 02.03.2022-ci il tarixdə və şəraitdə, yəni sərnişin qismində olduğu minik avtomobilin, hərəkətdə olan digər minik avtomobillə arxadan vurulması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. A.Y.Kitayqorodskayanın bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. “Döyülmə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 240 nömrəli 05 mart 2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X4 üst dodağın yumşaq toxumalarının şişkinliyi halında əzilmiş yarası, burun nahiyəsinin şişkinliyi halında sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilmiş 02.03.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəylərini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsini, Zərərçəkmiş şəxs izahatını, Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun 31.03.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar