Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1671/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi ilə X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13329046 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13329046 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qanunsuz cəriməni yazan polis əməkdaşının qanuna müvafiq cəzalandırılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, 01 mart 2023-cü il saat 11.45-də X4 1 küçəsində EQ13329046 saylı protokol ilə idarə etdiyi 99NG973 dövlət qeydiyyat nişanlı Toyota Camry avtomobilinə İXM-nin 346.1-ci maddəsi ilə dayanma və ya dayanma qaydalarının pozulmasına görə qanunsuz cərimə yazılmışdır. Belə ki, həmin küçədə maşınını park etdiyi yerdə dayanma/durmanın qadağan edən nişan quraşdırılmamışdır. Qərarı rəsmi olaraq (alınan qərarda çap tarixi göstərilir), xx.xx.2023-cü il tarixdə almışdır. Bundan əlavə, qeyd olunan qanunsuz cərimələrlə bağlı ümumilikdə 4 dəfə DYP-yə asanpay.az portalı, dyp.gov.az və mia.gov.az saytları üzərindən şikayətlər ünvanlamışdır. Şikayətlərinə cavab olaraq, DYP-dən şikayətinin araşdırmada olması ilə bağlı cavab məktubu xx.xx.2023-cü il tarixdə ona onlayn formada (email ünvanına gəlib, hətta rəsmi hələ cavab gəlməyib) gəlib. Bundan əlavə, 25 mart 2023-cü ildə şikayətinə onlayn formada email ünvanına cavab gəldi ki, narazı olduğunuz halda məhkəməyə müraciət edin. Ona görə də, iddia müddətinin başlanması 25 mart 2023-cü il tarixdən hesablanmalıdır. Maşınını park etdiyi ərazidə dayanma və ya durmanın qadağan edən heç bir işarə quraşdırılmayıb. Buna görə də, yazılan protokol və onun əsasında verilən qərarları qanunsuz hesab edir və onlar ləğv edilməlidir. Qeyd etmişdir ki, inzibati şikayəti ilə bağlı elektron qaydada Bakı şəhər İnzibati Məhkəməsinə şikayət versə də, şikayətə baxılmaqdan aşağıdakı səbəbdən imtina edilmişdi: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən, həmin Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Odur ki, hazırkı şikayətinizi yaşayış yeriniz üzrə rayon məhkəməsinə verməyiniz tövsiyə olunur”. X3 məhkəməyə vəsatət göndərərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə Baş Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13329046 saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. “X6” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV bəndinin 4-cü hissəsinə əsasən 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda və 10-cu hissəsinə əsasən 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Həmin Qanunun 69-cu maddəsinin Vİ bəndinin 4-cü hissəsinə əsasən 1.4 — 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 şikayətinə baxılmış, müəyyən edilmişdir ki, o, **-NG-*** dövlət qeydiyyat nişanlı Toyota Camry avtomobili Ak. İ.Orucova küçəsində adacıqda saxlamaqla dayanma-durma qaydalarını pozmuş, İXM-nin 124.6-cı maddəsinə əsasən iştirakı olmadan barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş, yol hərəkəti qaydasını pozması qeyd olunan yol sahəsində və xüsusi texniki vasitələrlə qeydə alınmış fotogörüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən məlum olur ki, X3 **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanmış, həmçinin piyada keçidinə 5 metrdən az yaxınlıqda dayanmışdır. Bununla da “X6” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbini pozmuşdur. X1 şikayətində göstərdiyi xüsusat, yəni maşınını park etdiyi ərazidə dayanma və ya durmanın qadağan edən heç bir işarə quraşdırılmaması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Belə olan halda məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13329046 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13329046 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1671/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1671/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver