Məhkəmə qərarları › İş №3(011)-1674/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-1674/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-1674/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Hakim Hüseyn Cavid Vaqif oğlu, X1 xx.xx.2017-ci il tarixdə barəsində tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə barəsində verilmiş qərarın əsassız sayılması, xx.xx.2017-ci il tarixdə tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə verilmiş qərarın nəticəsində cərimənin, cərimənin ödənilməməsinə görə yaranan dəbbə pulunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən adından silinməsi barədə şikayəti (ərizəni) nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə barəsində tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə barəsində verilmiş qərarın əsassız sayılması, xx.xx.2017-ci il tarixdə tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə verilmiş qərarın nəticəsində cərimənin, cərimənin ödənilməməsinə görə yaranan dəbbə pulunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən adından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; Məhkəmə, inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmadığını, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını qeyd edir. Həmçinin, şikayətçi, xx.xx.2017-ci il tarixdə barəsində verilmiş qərarın əsassız sayılması xahiş etmiş, lakin, şikayətə inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı əlavə etməmişdir. Bundan əlavə, şikayətdən görünür ki, ehtimal olunan xətanın törədilmə yeri kimi Gəncə şəhəri qeyd edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətçi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verdiyi şikayətin yaşadığı yer üzrə baxılmasına dair vəsatət verməmişdir. Qeyd olunan halları təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək hesab edirəm ki, verilmiş şikayət şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə qeyd edilən natamamlıq aradan qaldırıldıqdan sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarına uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 xx.xx.2017-ci il tarixdə barəsində tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə barəsində verilmiş qərarın əsassız sayılması, xx.xx.2017-ci il tarixdə tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə verilmiş qərarın nəticəsində cərimənin, cərimənin ödənilməməsinə görə yaranan dəbbə pulunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən adından silinməsi barədə şikayəti X2 geri qaytarılsın. Hakim: Cavid Hüseyn İş № 3(011)-1674/2021 Bakı şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmədən kənar protokol xx xxxxx 2021-ci il Bakı şəhəri Mən, hakim Hüseyn Cavid Vaqif oğlu, X1 xx.xx.2017-ci il tarixdə barəsində tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə barəsində verilmiş qərarın əsassız sayılması, xx.xx.2017-ci il tarixdə tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə verilmiş qərarın nəticəsində cərimənin, cərimənin ödənilməməsinə görə yaranan dəbbə pulunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən adından silinməsi barədə şikayətini nəzərədən keçirərək prosessual hərəkət etdim. Prosessual hərəkət saat 15:30-da başlandı. X1 xx.xx.2017-ci il tarixdə barəsində tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə barəsində verilmiş qərarın əsassız sayılması, xx.xx.2017-ci il tarixdə tərtib edilmiş protokolun və həmin protokolun əsasında xx.xx.2017-ci il tarixdə verilmiş qərarın nəticəsində cərimənin, cərimənin ödənilməməsinə görə yaranan dəbbə pulunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsi tərəfindən adından silinməsi barədə şikayətin şikayətçiyə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:35-də başa çatdı. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar