Məhkəmə qərarları › İş №3(011)-1678/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1678/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1678/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X1, səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X3 iştirakları ilə, X1 Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri F.Bayramov küçəsində idarə etdiyi “Nissan Sunny” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Lexus” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və barəsində yol nəqliyyat hadisəsini araşdıran Bakı şəhər DYPİ MEB YPX baş inspektor, polis kapitanı X4 xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Hadisədə günahkar olmağı ilə razılaşmayaraq protokol narazı olduğunu qeyd etmişdir. Narazı olmağına baxmayaraq şikayətinə baxılmadan xx.xx.2021-ci il tarixində barəsində xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tərtib edilmiş qərarın qanunsuz və əsassız olduğu qənaətindədir və hesab edir ki, aşağıdakı əsaslara görə ləğv edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Nissan Sunny” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə F.Bayramov küçəsinə məhəllədən çıxarkən soldan avtomobillərin gəlmədiyinə əmin olduqdan sonra sağa dönmə əməliyyatını yerinə yetirən zaman sağ tərəfindən park yerindən hərəkətə başlayıb əks istiqamətdə hərəkət edən digər nəqliyyat vasitəsilə toqquşmuşdur. Həmin nəqliyyat vasitəsi onun hərəkət yoluna anidən daxil olması səbəbindən hadisənin qarşısını almaq üçün mümkün olan tədbirləri görməyimə baxmayaraq öz avtomobilinin qabaq sağ hissəsi ilə onun digər avtomobilin qarşı hissəsi ilə toqquşmuşdur. Digər avtomobil park yerindən hərəkət etdiyi zaman digər hərəkətdə olan hərəkət iştirakçılarına yol verməli olduğu üçün, həmçinin yol nəqliyyat hadisəsinin sxemindən də göründüyü kimi əks istiqamətdə hərəkət etdiyinə əsasən hesab edir baş vermiş yol nəqliyyat hadisəsində təqsiri yoxdur və o, yol hərəkət qaydalarına riayət edərək avtomobili idarə etmişdir. Hadisəni araşdıran yol polisi əməkdaşı günahın onda olduğu qənaətinə gəlmiş və onun manevr qaydasını pozduğunu əsas gətirmişdir. Yol hərəkəti haqqında qanuna əsaslanan yol polisi əməkdaşı qanunun 42-ci maddəsinin İV bəndini nəzərdən qaçırmış və nəticədə onun günahkar olduğunu bildirmişdir. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin İV bəndinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Azərbaycan Respublikasının Qanununlarına əsasən baş vermiş yol nəqliyyat hadisəsinə səbəbkar o, yox, digər sürücüdür. Odur ki, qeyd olunanların nəzərə alınaraq şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X6 xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri BPİ DYPİ-nin YPX baş inspektoru, polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixində saat 13:10-da X2 “Nissan Sunny” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta pozuntusuna yol verməsi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri BPİ DYPİ-nin YPX baş inspektoru, polis kapitanı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X2 xx.xx.2021-ci il tarixində saat 13:10-da “Nissan Sunny” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bu səbəbdən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, ehtimal olunan xəta hadisəsi Xətai rayonu Fəzail Bayramov küçəsində baş vermiş, yol ikitərəfli hərəkət yolu olmuşdur. Fotoşəkillərdən görünür ki, “Nissan Sunny” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yaşayış massivindən – həyətən yola çıxmış, digər “Lexus” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə ikitərəfli hərəkət yolunun əks istiqamətli hərəkət zolağında olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin ; İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İV hissəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2021-ci il tarixində saat 13:10-da “Nissan Sunny” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi əsası ilə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Məhkəmə iclasında X2 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmədiyini bildirmiş, dayandığı halda “Lexus” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağında onun abtomobilini vurduğunu bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda ehtimal olunan inzibati xətanın törədildiyi yer də göstərilməmişdir. Eyni zamanda, hadisənin görüntülərinin olub-olmaması müəyyən edilməmiş, olduğu halda həmin görüntülər tədqiq edilməmişdir. Bundan əlavə, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, hər iki nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərinin hadisənin baş verməsi ilə səbəbli əlaqəsi müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin dəlilləri ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhər X11 İdarəsii tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X11 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X11 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar