Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1682/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X4 Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X6 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, ünvan 1 ünvanında yerləşən Zəngəzur kafesinin rəhbəri olmaqla yanaşı hal-hazırda fiziki şəxs kimi fəaliyyət göstərir. Bütün qayda qanunlara riayət etməklə vaxtı vaxtında vergi ödəyicisi kimi dövlətə vergi ödəyir. İctimai iaşə sahibi kimi heç zaman aidiyyəti qurum və orqan tərəfindən heç zaman cərimə edilməmişdir. Bütün qayda qanuna riayət edir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin sahə müvəkkili X3 işlədiyi kafeyə yanında bir nəfər mülki şəxslə (bildiyi qədər o şəxs də polis əməkdaşı olub) gələrək ona bildirmiş ki, ərazinin yeni sahə rəisidir. O, hansı sahədə işləmişəmsə, daim obyekt sahibləri hər ay ona əlavə olaraq hörmət ediblər. O, sahə müvəkkilinin dediyinin fərqinə varmamış, belə ki, o, bildirmişdir ki, o da köhnə orqan işçisi kimi heç vaxt kiməsə rüşvət almamışdır. Təbii ki, onun bu sözü və ifadəsi onun xoşuna gəlməmişdir. Təxminən iki gündən sonra qeyd olunan sahə müvəkkili kafeyə gələrək saat 19:00 radələrində onun işlətdiyi kafedə guya masada pandemiya ilə bağlı artıq şəxslər əyləşərək çörək yediyini bildirmiş və onu bu barədə heç bir əsası olmadan qərəzli şəkildə xx.xx.2020 ci il tarixli MN №0759746 sayiı protokol tərtib edərək İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbini guya pozduğu üçün cərimə tərtib etmişdir. O, inzibati orqanın, yəni polis əməkdaşının bu bərəkətini qərəzli hesab etmiş, bu fikri onun aldığı izahatda da qeyd etmiş və bildirmi ki, o, ona qarşı qərəzli mövqedədir. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnikleytenantı Rza Əliyevin xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı oladan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və onun müdafiəçisinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin s/i Vəfadar Həsənov tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə saat 19:20-də Zəngəzur kafesində karantin rejimi qaydalarını pozması əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİnin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2020-ci il tarixində Zəngəzur kafesində karantin rejimi qaydalarını pozması əsas gətirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol əsasında xx xxxxxxx 2020-ci il tarixində Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən işə baxılmış, lakin iş materiallarından göründüyü kimi, iş üzrə xx xxxxxxx 2020ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən və xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərar qəbul edilərkən, X4 ünvan 2 ünvanında yerləşən “Zəngəzur” kafesində fiziki, vəzifəli şəxs olması və ya “Zəngəzur” kafesin hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmaması araşdırılmamış, iş materiallarında olan fotoşəkillərin həqiqətən həmin kafedə çəkilib çəkilməməsini təsdiq edən heç bir sənəd tərtib olunmamış, hətta inzibati xəta haqqında protokol tərtib edilərkən hal şahidlərinin iştirakı belə təmin olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, birqayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər Xətai RPİ-nin 36-cı Polis Bölməsinə göndərilməli, qalan hissələrdə isə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və və iş yenidən baxılmaq üçün Bakı şəhər Xətai RPİnin 36-cı Polis Bölməsinə qaytarılsın. Şikayət qalan hissələrdə təmin edilməsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-1682/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1682/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver